Hələbdə Rusiya Müdafiə Nazirliyinin hospitalı atəşə tutulub
Tarix: 05.12.2016 | Saat: 23:43:00 | E-mail | Çapa göndər


Suriyanın Hələb şəhərində Rusiya Müdafiə Nazirliyinə məxsus mobil hospital artilleriya atəşinə tutulub.
Rusiya MN-in mətbuat xidmətinin məlumatına görə, hadisə günorta saatlarında baş verib. Mərminin hospitalın qəbul şöbəsinə düşməsi nəticəsində bir rusiyalı hərbi-tibb işçisi ölüb, iki tibb işçisi isə ağır yaralanıb. Həkim yoxlamasına gələn yerli sakinlər də yaralanıblar. Rusiya MN rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib ki, atəş müxalifət qüvvələri tərəfindən açılıb: "Qərbli həmkarlarımızın bizi əmin etdiyi kimi hazırda "ən-Nüsrə" terrorçuları Suriya ordusu tərəfindən Şərqi Hələbin cənubuna sıxışdırılıb. Onlar hədəfi belə dəqiq nişan almaq vəziyyətində deyillər. Biz anlayırıq ki, terrorçular Rusiya hospitalının qəbul şöbəsinin dəqiq koordinatlarını kimdən alıblar. Ona görə də, Hələbdə uşaqlara yardım edən tibb işçilərimizin ölümü və yaralanmasının bütün məsuliyyəti təkcə bunu icra edənlərin, yəni "müxalif" döyüşçülərinin üzərinə düşmür, hərbçilərimizin qanı bu qətlin sifarişçilərinin üstündədir”.




 
Bölməyə aid digər xəbərlər
21.02.2019
Baltik ölkələrində yeni bank qalmaqalı yaşanır
21.02.2019
Nazarbayev hökuməti istefaya göndərib
21.02.2019
“The Washington Post”: “Pentaqon Suriyanın şimalında bufer-zona yaradılması ilə bağlı plan hazırlayıb”
21.02.2019
Mayk Pompeo RUA telekanalına müsahibә verdi
20.02.2019
Ermənistan vətəndaşlarının Türkiyədə olmasının səbəbi ölkələrindəki iqtisadi böhrandır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10610

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
3 ABŞ-da atışma: xəsarət alanlar var
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info