Britaniya vizası almaq üçün iki yeniliyin tətbiqinə başlanılıb
Tarix: 05.12.2016 | Saat: 23:44:00 | E-mail | Çapa göndər


Böyük Britaniya vizası verilməsi xidməti göstərən “TLScontact” şirkəti iki yeniliyin tətbiqinə başlayıb.
İlk olaraq “Tələb üzrə Səyyar Xidmət” sayəsində müştərilər viza müraciət ərizələrini evlərində və ya istədikləri digər məkanlarda təqdim edə biləcəklər. Bildirilir ki, bu xidmət, xüsusilə Birləşmiş Krallığa birgə səyahət etmək istəyən böyük qruplar, Bakıda yerləşən Viza Müraciət Mərkəzinə getmək istəməyən, vaxt sıxıntısı olan şəxslər üçün daha əlverişlidir. Fəaliyyətə başlayan digər yeni xidmət "Müraciət zamanı pasportun saxlanılması" xidmətidir. Bu xidmət müştərilərə viza ərizələrini təqdim etdikdən sonra pasportlarını özlərində saxlamaq imkanı verəcək. Birləşmiş Krallıq Viza və İmmiqrasiya Xidməti tərəfindən viza qərarı verildikdən sonra müştəri nəticə barəsində məlumatlandırılacaq və daha sonra pasportun TLScontact Viza Müraciət Mərkəzinə gətirilməsi tələb olunacaq. Bu xidmət, əsasən, müraciət müddəti ərzində başqa ölkəyə səyahət etmək istəyən şəxslər üçün əlverişlidir. Bu yeni xidmətin rüsumu 42 funt-sterlinq dəyərində təyin olunub və vizaya müraciət etməzdən öncə onlayn şəkildə ödənilməlidir.




 
Bölməyə aid digər xəbərlər
24.01.2019
Cənubi Koreyada Ali Məhkəmənin sabiq sədri həbs olunub
24.01.2019
Moskvada Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
23.01.2019
İran Fars körfəzində yeni neft ehtiyatı aşkarlayıb
23.01.2019
Donald Trampa NATO-dan çıxmağı qadağan etdilər
23.01.2019
Fransalı nazir polis zorakılığını etiraf etməyə məcbur olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10566

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
3 “Yenisafak.com”: “Star” NEZ “Ən yaxşı maliyyə layihəsi idarəçiliyi” mükafatına layiq görülüb”
4 Əli Abdalov Mehman Hüseynovla barışıb
5 Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info