İtaliyada referendum: konstitusiya islahatlarının əleyhdarları qalib gəldi
Tarix: 05.12.2016 | Saat: 23:45:00 | E-mail | Çapa göndər


Dəyişiklik təklifinin müəllifi olan baş nazir Matteo Renzi istefa verəcəyini elan edib

İtaliya vətəndaşları konstitusiya islahatları ilə bağlı keçiriən referendumda təkliflərin əlyhinə səs veriblər. Hökumətin təklif etdiyi layihənin uğursuzluğundan sonra baş nazir Matteo Renzi istefa verdiyini bəyan edib. İtaliya Daxili İşlər Nazirliyinin məlumatına görə, seçicilərin əksəriyyəti - 59,11 faizi dəyişikliyin əleyhinə səs verib.
Ümumxalq səsverməsinə çıxarılan qanun layihəsi 2014-cü ildə Matteo Renzi hökuməti tərəfindən irəli sürülmüşdü və parlamentdə, demək olar, iki il idi baxılırdı. Təklif edilən layihə əsasən Senatın rolunun və funksiyalarının dəyişdirilməsini nəzərdə tuturdu. Bu məsələ ölkənin əsas qanununda dəyişikliklə bağlı olduğundan referendum təyin edilmişdi. Matteo Renzi hökuməti tərəfindən hazırlanmış layihədə əsas məqamlardan biri Senatın işində əhəmiyyətli dəyişiklik nəzərdə tuturdu. Renzi hökumətinin təklif etdiyi dəyişikliyə görə, parlamentin yuxarı palatası olan Senat əyalət şuraları tərəfindən formalaşmalı idi. Hazırda İtaliyada parlament iki palatadan ibarətdir və yuxarı palata olan Senat aşağı palatanın - Deputatlar Palatasının səlahiyyət və vəzifələrini, demək olar ki, tam olaraq təkrarlayır. Yeganə fərq üzvlərin sayındadır. Əgər aşağı palatada 630 üzv varsa, yuxarı palatada 315 üzv var. Təkliflər Senatın səlahiyyətlərinin son dərəcədə azaldılmasını nəzərdə tuturdu. Senatorların sayının 100-ə endirilməsi, onların regionları təmsil etməsi, qanunvericilik orqanının müşavirə orqanına çevrilməsi və hökumətə etimad göstərilməsi səlahiyyətindən məhrum edilməsi təklif edilmişdi. Əsas səbəb kimi o göstərilirdi ki, İtaliyada qanunların qəbulu inanılmaz çətin prosesə çevrilib, çünki hər qəbul ediləcək qanun hər iki palatada heç bir dəyişiklik edilmədən qəbul edilməlidir ki, nəticədə bəzi qanunların qəbul edilməsi sonsuz prosesə çevrilir. Senatın daxili strukturu də dəyişilməli idi, yəni, əgər indi senatorlar seçilirdisə, təklif edilirdi ki, Senat regionların hökumətlərinin nümayəndələrindən ibarət olsun.

Müxalifət partiyaları referendumda “yox” deyilməsini Avropa İttifaqına “yox” deyilməsi kimi dəyərləndirirlər

Ümumilikdə, islahatlar nəticəsində qanunların yalnız aşağı palata tərəfindən qəbul edilməsi mümkün olacaqdı. Bundan əlavə, mərkəzi və regional hökumətlərin səlahiyyət və vəzifələrinin dəqiq ayrılması ayrıca bənd kimi göstərilirdi. Əlavə olaraq, referenduma vilayətlərin ləğvi məsələsi də çıxarılmışdı. Matteo Renzi senatorların islahat və konstitusiya dəyişikliyi ilə bağlı bir sıra hüquqlarını saxlamağı təklif edirdi. Qeyd edək ki, Matteo Renzinin qanun dəyişikliklərinə böyük ümidləri var idi. Bununla belə o, referendumun uğursuzluqla nəticələnəyi təqdirdə istefa verəcəyini də bəyan etmişdi: “Əgər, mən referendumda uduzsam, bu mənim siyasətimin uğursuzluğu demək olacaq”-deyə Matteo Renzi səsvermədən bir neçə gün əvvəl bildirmişdi. Referendum uğursuzluqla sonunclanandan sonra Renzi istefa verəcəyini elan edib: “Nazirlər Kabinetinin toplantısı olacaq və mən orada ölkə prezidentinə istefam barədə müraciət edəcəyəm”. Renzi səsvermənin nəticələrini “demokratiyanın böyük bayramı” kimi dəyərləndirib: “Mən uduzdum. Amma İtaliya siyasəti heç vaxt uduzmur. Mən xoşbəxtəm və İtaliya ilə fəxr edirəm”. Xatırladaq ki, 2014-cü ildən İtaliyanın baş naziri seçilən Matteo Renzi buna qədər Florensiyanın meri vəzifəsində çalışırdı. Qeyd edək ki, baş nazirin istefa barədə səsləndirdiyi fikirlər ölkə müxalifəti tərəfindən sevinclə qarşılanıb. Müxalif “Şimal liqa” partiyasının lideri Matteo Salvini referendumun nəticəsini “demokratiyanın möhtəşəm günü” kimi dəyərləndirərək hökumətə alternativ olmağa hazır olduğunu bildirib. Bəzi müxalif partiyaların rəhbərləri referendumda “yox” deyilməsini Avropa İttifaqına “yox” deyilməsi kimi dəyərləndiriblər. Bu baxımdan referendumun nəticələri İtaliyanın Avropa İttifaqından çıxmasının təməli kimi qiymətləndirilir.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Yaponiya hökuməti dövlət qulluqçularının çoxunun evlərində işləməsinə çalışır
25.09.2018
Roma Papası Latviyada səfərdədir
25.09.2018
Mərkəzi Asiyada ilk beynəlxalq turizm universiteti Astanada açılacaq
25.09.2018
PKK başçısının yaxın silahdaşı həbs olunub
24.09.2018
Moldova Konstitusiya Məhkəməsi Dodonun səlahiyyətlərini müvəqqəti dayandırlb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10143

1 Yalnızlıq qorxusu
2 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
3 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info