4200 taksi sürücüsü fərqlənmə nişanı alıb
Tarix: 06.12.2016 | Saat: 00:00:00 | E-mail | Çapa göndər


Noyabr ayında 4200 taksi sürücüsü fərqlənmə nişanı alıb. Bu barədə Bakı Nəqliyyat Agentliyinin ictimai əlaqələr və maarifləndirmə şöbəsinin sektor müdiri Mais Ağayev AZƏRTAC-a eksklüziv müsahibəsində deyib.
O bildirib ki, paytaxtın inzibati ərazisində minik avtomobili ilə taksi xidməti göstərmək istəyən fiziki və hüquqi şəxslər mütləq qaydada fərqlənmə nişanı almalıdır. Fərqlənmə nişanı alınması ilə bağlı sürücülərlə fərdi qaydada maarifləndirmə işləri aparılır. Onlara bu nişanın əldə edilməsinin üstünlükləri izah edilir. Bu işdə kütləvi informasiya vasitələrinin imkanlarından da geniş istifadə edilir. Görülən işlərin nəticəsidir ki, noyabr ayı üçün 4200 sürücü fərqlənmə nişanı alıb. May ayından bu günədək isə 7215 sürücü fərqlənmə nişanı almaq üçün qeydiyyatdan keçib. Fərqlənmə nişanının alınması ilə bağlı məlumat verən M.Ağayev qeyd edib ki, fərqlənmə nişanın alınması proseduru olduqca sadədir: “Bunun üçün sürücü VÖEN açır. Bundan sonra bankda müvafiq təsnifat koduna 18 manat ödəniş edir və Bakı Nəqliyyat Agentliyinin müvafiq bölməsinə müraciət etməklə fərqlənmə nişanını əldə edə bilər. Fərqlənmə nişanı bir aylıq verilir”, - deyə M.Ağayev vurğulayıb. M.Ağayev xatırladıb ki, fərqlənmə nişanı olmadan taksi xidməti göstərən sürücülər, həm vergi məcəlləsi, həm də inzibati xətalar məcəlləsinin müvafiq maddələri ilə cərimələnəcək.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10492

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info