“SOCAR” Lvovda yanacaqdoldurma məntəqəsi açıb
Tarix: 03.04.2013 | Saat: 21:58:00 | E-mail | Çapa göndər


Ukraynanın qərb regionunda “SOCAR” yanacaqdoldurma məntəqələrini idarə edən “Qərbi Yanacaq Qrupu” MMC tərəfindən Lvovda sayca səkkizinci məntəqə istismara verilib.
Şəhərin köhnə hissəsinin yaxınlığında yerləşməsi sürücülər arasında stansiyanın populyarlığını artırıb. “SOCAR” şəbəkəsindəki YDM-lər arasında ilk dəfə olaraq burada unikal yanacaqpaylama kolonkası (YPK) quraşdırılıb. O, eyni vaxtda dörd avtomobilə (hər tərəfdən iki avtomobil) yanacaq doldurulmasına imkan verir. Brendləşdirilmiş «Nanodiesel» yanacağı, A 95, A 92 benzinləri bu kolonka vasitəsilə reallaşdırılır. Qeyd edək ki, Ukraynada “SOCAR” brendi altında fəaliyyət göstərən bütün YDM-lər “beşulduzlu otel” prinsipi ilə tikilir. Yəni burada yüksək keyfiyyətli yanacaq və xidmətlərin təklif olunması ilə yanaşı, həm də müştərilərin istirahəti üçün əla şərait yaradılıb. Məntəqələrdə “Butamarket” firma mağazası fəaliyyət göstərir. Müştərilər həmçinin təkərlərin doldurulması, wi-fi, mobil telefonların yüklənməsi və s. xidmətlərdən pulsuz istifadə edə bilərlər. Hazırda ARDNŞ Ukraynanın Kiyev, Odessa, Lvov, Nikolayevsk və Rovensk vilayətlərində 34 YDM ilə təmsil olunur. 2013-cü ildə bu ölkədə fəaliyyət göstərən “SOCAR” YDM-lərinin sayının 100-ə çatdırılması nəzərdə tutulur.




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Yeni yolların açılışı cənub bölgəsində turizmin inkişafına təkan verəcək
19.09.2018
“First in Azerbaijan“ investisiya təşviqi mexanizmi yaradılır
19.09.2018
Növbəti startap turu Sumqayıtda keçiriləcək
19.09.2018
Neft sənayesi işçiləri təltif edilib
19.09.2018
Qubada yol tikintisinə 10,8 milyon manat ayrılıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info