Rusiya Azərbaycanda 85 milyon dollarlıq layihələr reallaşdıracaq
Tarix: 06.12.2016 | Saat: 15:35:00 | E-mail | Çapa göndər


Pyotr Frakdov: “Rusiya Azərbaycana ən çox məhsul ixrac edən ölkədir”

"Rusiyanın ixrac mərkəzi" SC Azərbaycanda ümumi dəyəri 85 mln. dollar olan 26 layihənin reallaşdırılmasını planlaşdırır. "Interfax" agentliyi xəbər verir ki, bunu Rusiya-Azərbaycan İşgüzar Şurasının sədri Pyotr Frakdov təşkilatın iclasında bildirib.
 
Onun sözlərinə görə, "Rusiyanın ixrac mərkəzi" Azərbaycanda ümumi dəyəri 460 mln. dollar olan 12 layihəyə dəstək verib: "Bu layihələr nəqliyyat, elektronika, əczaçılıq, metallurgiya, ASK və digər sahələri əhatə edib. Hazırda 86 layihə də müzakirə olunur və onların ümumi dəyəri 85 mln. dollar təşkil edir. "Rusiyanın ixrac mərkəzi" maddi dəstəklə yanaşı, qeyri-maddi dəstək də verir".
 
Sədr qeyd edib ki, hazırda Rusiya Azərbaycanın ticarət dövriyyəsində 3-cü yeri tutur: "Bununla yanaşı, Rusiya Azərbaycana ən çox məhsul ixrac edən ölkədir. Üstəlik, ixracın strukturu ciddi diversifikasiya olunub. Belə ki, Azərbaycanın Rusiyada idxal etdiyi məhsulların 98,5%-i qeyri-neft məhsullarıdır".
 
P. Fradkov qeyd edib ki, hər iki ölkənin milli valyutalarının məzənnələrinin zəifləməsi ticarət dövriyyəsinin həcminə neqativ təsir edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində
21.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib
21.09.2018
“Azərenerji”: Ölkə enerjisi sistemində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə başlanılıb
21.09.2018
“Əsrin müqaviləsi” Azərbaycanın dirçəlişinə, iqtisadi inkişafına geniş yol açıb
21.09.2018
“Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 “Mübariz İbrahimov təkbaşına bir çox işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info