“Strike Plagiarism” ADPU-da təlimlər təşkil edib
Tarix: 06.12.2016 | Saat: 16:27:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru, professor Cəfər Cəfərov tanınmış və nüfuzlu “Strike Plagiarism” şirkətinin regional direktoru Əli Təhməzov və direktoru Aleksandr Stryameslə görüşüb. Görüşdə ADPU-nun Elmi işlər üzrə prorektoru, professor Asəf Zamanov da iştirak edib. Məlumat üçün bildirək ki, bu il avqust ayının 1-də ADPU ilə “Strike Plagiarism” şirkəti arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. Müqavilənin bağlanılmasında əsas məqsəd universitetlər arasında şəbəkənin yaradılması, axtarış antiplagiat mexanizminin və antiplagiat sisteminin geniş funksionallığının sınağını yaxşılaşdırmaqdır. Qeyd edək ki, bağlanmış müqavilə əsasında ötən müddət ərzində bir çox işlər görülüb, o cümlədən ADPU-nun müvafiq mütəxəssisləri üçün 3 təlim təşkil edilib.
ADPU-nun rektoru, professor Cəfər Cəfərov qonaqları rəhbərlik etdiyi ali təhsil müəssisəsində görməkdən məmnunluq duyduğunu bildirib. Səmimi və işgüzar şəraitdə keçən görüş zamanı rektor qonaqlara ADPU-nun elmi potensialı haqqında məlumat verib və təlimlərin təşkilinə görə şirkətin rəhbərliyinə təşəkkür edib. Qeyd edib ki, Təhsil Nazirliyi ADPU-ya bu sahədə dəstək verir.
“Strike Plagiarism” şirkətinin regional direktoru Əli Təhməzov və direktoru Aleksandr Stryames də əməkdaşlıq müqaviləsinin həyata keçirilməsinə görə ADPU-nun rəhbərliyinə minnətdarlıq ediblər. Görüşdə hər iki tərəf qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin gələcəkdə daha da genişlənəcəyinə inamlarını ifadə ediblər.

Nigar




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10496

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info