Səlim Müslümov Avropa/Avrasiya Xüsusi Olimpiya Komitəsinin prezidenti ilə görüşüb
Tarix: 06.12.2016 | Saat: 16:28:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizə səfərdə olan Avropa/Avrasiya Xüsusi Olimpiya Komitəsinin prezidenti Devid Yevangelista və komitənin inkişaf üzrə direktoru Kşiştof Krukovski ilə görüş olub. 
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, görüşdə Azərbaycan Xüsusi Olimpiya Komitəsinin prezidenti Şahin Əliyev və vitse-prezidenti Rövşən Məmmədov, Azərbaycan Xüsusi Olimpiya İcraiyyə Komitəsinin üzvləri, millət vəkilləri Fazil Mustafa və Müslüm Məmmədov da iştirak ediblər. 
S.Müslümov ölkəmizdə əlilliyi olan şəxslərin sosial təminatının gücləndirilməsi ilə bərabər, onların reabilitasiyası və cəmiyyətə inteqrasiyasının sosial siyasətdə mühüm yer tutduğunu vurğulayıb: “Hazırda Azərbaycan əhalisinin 6%-ni əlilliyi olan şəxslər təşkil edir. Ölkədə sağlamlıq imkanları məhdud uşaqların sayı isə 71 600 nəfərdir. Həmin insanların hüquqlarının təminatı, onların reabilitasiya xidmətləri ilə təmin olunması, əmək bazarına, habelə səhiyyə və təhsil xidmətlərinə çıxış imkanlarının artırılması istiqamətində ölkəmiz fəal və məqsədyönlü siyasətə malikdir”. 
Qeyd olunan istiqamətlərdə həyata keçirilən tədbirlər barədə məlumat verən nazir əlilliyi olan şəxslərin bədən tərbiyəsi və idman vasitəsilə reabilitasiyası və cəmiyyətə inteqrasiyasının da diqqətdə saxlandığını bildirib: “Bu tədbirlər eyni zamanda sağlamlıq imkanları məhdud uşaqları da əhatə edir. Hazırda nazirliyin bu təbəqədən olan və əqli imkanları məhdud uşaqlar üçün 2 sosial xidmət müəssisəsi fəaliyyət göstərir. Hər iki müəssisədə 330 nəfərdən çox uşaq hərtərəfli dövlət himayəsində yaşayır. Son illərdə Heydər Əliyev Fondunun dəstəyi ilə həmin müəssisələrdə həm uşaqların yaşayışı və təminatı, həm də müxtəlif formalarda reabilitasiya tədbirlərinə cəlb olunmaları üçün ən müasir standartlara uyğun şərait yaradılıb”.
 
S.Müslümov qeyd edib ki, eyni zamanda, bu uşaqlara müəyyən edilmiş müvafiq proqram üzrə potensiallarına uyğun xüsusi atletik idman növləri ilə məşğul olmaları, xüsusi atletika üzrə yarışlarda  iştirak etmələri üçün lazımi tədbirlər görülür: “Ötən müddətdə həmin uşaqlardan bir qisminin beynəlxalq səviyyəli yarışlarda iştirakı da təmin olunub. Misal üçün, nazirliyin 2 saylı sosial xidmət müəssisəsində yaşayan Həbib Tağıyev 2014-cü ildə Belçikada keçirilən “Avropa Xüsusi Yay Olimpiya Oyunları 2014” yarışlarında, 2015-ci ildə ABŞ-da təşkil edilən Ümumdünya Xüsusi Yay Olimpiya Oyunlarında uğurla çıxış edərək medallara sahib olub”.
 
Nazir bu sahədə fəaliyyətdə Azərbaycan Xüsusi Olimpiya Komitəsi ilə fəal əməkdaşlığın həyata keçirildiyini diqqətə çatdırıb: “Təcrübə göstərir ki, əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud uşaqların potensialları müqabilində bədən tərbiyəsi və idman növlərinə cəlb edilmələri onların reabilitasiyasında, cəmiyyətə uğurla adaptasiyasında əhəmiyyətli təsirə malikdir. Ona görə də nazirlik Azərbaycan Xüsusi Olimpiya Komitəsi ilə qarşılıqlı əməkdaşlıq şəraitində işləyir, Komitə tərəfindən bu sahədə irəli sürülən təşəbbüsləri, layihələri dəstəkləyir”.
 
D.Yevangelista ölkəmizdə xüsusi olimpiya hərəkatının genişlənməsi sahəsində aparılan işlərdə, o cümlədən sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyasında Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın xidmətlərini xüsusi vurğulayıb. D.Yevangelista bir çox ölkələrdə əqli imkanları məhdud əlilliyi olan şəxslərin daha çox qapalı şəraitdə, sanki  pərdə arxasında  saxlanıldığını qeyd edərək bildirib ki, Azərbaycanda bu sahədə mütərəqqi yanaşma, həmin insanlara çox açıq münasibət var və onlar üçün ictimai həyatda fəal iştirak imkanları yaradılıb. Ona görə də Avropa/Avrasiya Xüsusi Olimpiya Komitəsi müvafiq sahədə Azərbaycan hökuməti ilə əməkdaşlıqdan, birgə işləməkdən məmnundur. O, respublikada aidiyyəti qurumların, o cümlədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Azərbaycan Xüsusi Olimpiya Komitəsi ilə qarşılıqlı və səmərəli fəaliyyətinin, Komitəyə daim dəstək verməsinin təqdirəlayiq olduğunu diqqətə çatdırıb.
 
Görüşdə əqli imkanları məhdud əlilliyi olan şəxslərin idman vasitəsilə reabilitasiyası sahəsində görülən işlər və onların nəticələri nəzərdən keçirilib, bu sahədə Avropa/Avrasiya Xüsusi Olimpiya Komitəsi ilə gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub.
Tural TAĞIYEV




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Astarada keçirilən əmək yarmarkasında 45 nəfərə göndəriş vərəqəsi verilib
18.09.2018
Aşıq Hüseyn Bozalqanlının “Xalxal səfəri” dastanı belə başlayır...
18.09.2018
Biləsuvar şəhərində 1176 şagird yerlik yeni ümumtəhsil məktəbi tikiləcək
18.09.2018
Məcburi köçkünlərin növbəti qəbulu keçirilib
18.09.2018
Rektor: “İnstitutumuzda dövlətin qayğı və təminatı ilə hər cür şərait yaradılıb”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info