Azərbaycanlı investorlar Dağıstanda bir neçə kompleks tikir
Tarix: 06.12.2016 | Saat: 16:38:00 | E-mail | Çapa göndər


Dağıstanda Azərbaycandan olan investorların iştirakı ilə dörd layihə reallaşdırılacaq. TASS agentliyi xəbər verir ki, bu barədə Dağıstanın Sahibkarlıq və İnvestisiyalar üzrə Agentliyinin rəhbəri Bəşir Maqomedov bildirib.

"Biz azərbaycanlı investorların iştirakı və kapitalı ilə həyata keçiriləcək dörd iri layihəyə başlamışıq və artıq razılaşmalar imzalanıb", - deyə o bildirib.

B. Maqomedov bildirib ki, bu layihələrdən biri ümumi dəyəri təxminən 2 mlrd. rubl təşkil edən "Yuqaqroholdinq" şirkətinin iri istilik kompleksinin tikintisidir: "Artıq 5,5 ha ərazisi olan istixana kompleksinin tikintisi başa çatır. İşlər bu il yekunlaşmalıdır. Bundan başqa, kompleksə metal konstruksiyalar və sendviç-panellərin istehsalı üzrə zavodlar da daxil ediləcək".

B. Maqomedov bildirib ki, həmçinin Dağıstanın "Urojay" fermer təsərrüfatı ilə Azərbaycan şirkəti arasında ümumi dəyəri 300 mln. rubl olan istilik kompleksinin tikintisi ilə bağlı razılaşma imzalanıb.

Onun sözlərinə görə, azərbaycanlı investorlar daha bir istilik kompleksinin və istixanalar üçün metal konstruksiyalar zavodunun tikintisini həyata keçirməyi planlaşdırır.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.04.2019
Türkiyə Xəzər hövzəsindən enerji ehtiyatlarının dünya bazarlarına tədarükündə maraqlıdır
20.04.2019
Əlilliyə görə pensiyaların da elektron qaydada təyinatına başlanıb
20.04.2019
Azərbaycan tekstili MDB-də yeni bazarlara çıxa bilər
20.04.2019
Azərbaycan neftinin qiyməti bahalaşıb
19.04.2019
İstanbulda Türkiyə-Azərbaycan-Türkmənistan enerji əməkdaşlığı müzakirə edilib

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10754

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
4 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info