Kürdəmirdə ilin sonunadək 46 min ədəd tut tingi əkiləcək
Tarix: 06.12.2016 | Saat: 16:39:00 | E-mail | Çapa göndər


Kürdəmir rayonunda baramaçılığın inkişafı üçün möhkəm yem bazasının yaradılması istiqamətində tədbirlər davam etdirilir. Artıq rayon ərazisində 11,5 min ədəd tut tingi əkilib.
Rayon kənd təsərrüfatı idarəsindən AZƏRTAC-a bildirilib ki, bu il Kürdəmirdə 46 min ədəd tut tinginin əkilməsi nəzərdə tutulub və bunun üçün kifayət qədər ting gətirilib. Tingin 25 mini mülkiyyət torpaqlarında, 21 min ədədi isə dövlət fondu sahələrində əkiləcək.
Hazırda bütün ərazilərdə, xüsusilə Köhünlü, Qocalı, Carlı, Muradxan, Yenikənd və bir sıra digər ərazi vahidlərində əkin sürətlə davam edir.
Ting əkini mütəxəssislərin nəzarəti altında aparılır.
Qeyd edək ki, respublikamızda baramaçılığın gələcək inkişafının təmin edilməsində ipəkqurdunun yem bazasının bərpa olunmasının xüsusi əhəmiyyətini nəzərə alaraq, rayonlarda yeni intensiv tipli tut bağlarının salınması məqsədilə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 1,5 milyon ədəd tut tinginin alınması üçün Çin Xalq Respublikasının “Shandong Guangtong Silkworm Eggs Co” LTD şirkəti ilə tender müqaviləsi bağlanılıb. Müqavilənin şərtlərinə uyğun olaraq, dekabrın 2-də şirkət tərəfindən tədarük edilmiş 1,5 milyon ədəd tut tingi hava nəqliyyatı ilə respublikamıza gətirilib və rayonlara paylanılıb.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
16.01.2019
İqtisadiyyat nazirinin vətəndaş qəbulunun vaxtı dəyişdirilib
16.01.2019
Nazirin Xızı şəhərində vətəndaşlarla görüşünün vaxtı dəyişdirildi
16.01.2019
Kənd təsərrüfatı texnikasının ilk güzəştli satışı həyata keçirilib
15.01.2019
Təhlükəli hidrometeoroloji hadisə ilə bağlı qərargahlar yaradılıb
15.01.2019
Balaxanıda narkotacir saxlanılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10562

1 Xocalı tarixi və mədəniyyəti
2 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
5 Çingiz Bayramov: “Azərbaycan bölgənin inkişaf etmiş ölkəsinə çevrilib”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info