Sabirabadda bələdiyyələr barama yetişdirəcək
Tarix: 06.12.2016 | Saat: 17:15:00 | E-mail | Çapa göndər


Respublikamızda ipəkçiliyin müasir infrastrukturunun yaradılması istiqamətində məqsədyönlü tədbirlər görülür. Dövlət başçısının baramaçılığın inkişaf etdirilməsi ilə bağlı verdiyi tapşırıqlara uyğun olaraq, digər rayonlarda olduğu kimi, Sabirabadda da bu sahəyə xüsusi diqqət göstərilir. Hazırda bu vacib sahənin inkişafı üçün Kənd Təsərrüfatı Nazirliyinin xətti ilə ölkəmizdə gətirilən tut tinglərinin əkininə başlanılıb. İlin sonunadək Sabirabadda 60 min ədəd tut tingi əkiləcək. Yetişdirilən tut yarpaqları bələdiyyələr tərəfindən kümçülərə təklif olunacaq. Bundan əlavə, bələdiyyələr də barama yetişdirəcək və bununla da öz ehtiyat fondlarına əlavə vəsait cəlb edəcəklər.
Rayon kənd təsərrüfatı idarəsinin rəisi Heydər Yaqubov AZƏRTAC-a bildirib ki, hazırda Sabirabadda ting əkini aqrotexniki qaydalara uyğun və mütəxəssislərin iştirakı ilə həyata keçirilir. Mütəxəssislər yeni tinglərin əkin qaydaları və ona qulluq edilməsi ilə bağlı maarifləndirmə işləri də aparırlar. Xarici ölkədən gətirilən və yüksək məhsuldarlığa malik olan bu ağac növünə xüsusi qulluq göstəriləcək.
Xatırladaq ki, bu il rayonda 3 tondan çox barama istehsal olunub. İpəkqurdlarını 22 kənddə 40-dan çox ailə bəsləyib və hər ailə orta hesabla 800-1000 manat gəlir götürüb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
27.06.2019
Nəsimi Rayon İcra Hakimiyyəti Silahlı Qüvvələri Gününü qeyd edib
27.06.2019
Elektrik xətlərinin mühafizə zonası ilə bağlı videoçarx
27.06.2019
Sədərəkdə Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirilib
26.06.2019
Prezident Cəmşid Naxçıvanski adına Hərbi Liseydə yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub
26.06.2019
Əlahiddə Ümumqoşun Ordusu Naxçıvanın təhlükəsizliyinin qarantıdır

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10817

1 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
2 Heydər Əliyev və bələdiyyələr
3 Tarix müəllimi Könül Əliyeva: “Əməkhaqqının artırılması bizim əməyimizə verilən böyük qiymət və dəyərdir”
4 Əli Nağıyev DTX rəisi təyin edildi
5 Vilayət Eyvazov daxili işlər naziri təyin edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info