Beynəlxalq Əlillər Günü BSU-da qeyd olunub
Tarix: 06.12.2016 | Saat: 17:17:00 | E-mail | Çapa göndər


Bakı Slavyan Universitetində (BSU) Beynəlxalq Əlillər Günü və universitetin 70 illik yubileyinə həsr olunmuş “Qəhrəmanlar əbədidir” adlı tədbir keçirilib.
Tədbirin əvvəlində Azərbaycanın Dövlət himni səsləndirilib, Qarabağ şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən tərbiyə işləri üzrə prorektor, dosent Xanım Sultanova Beynəlxalq Əlillər Günü barədə məluamt verib, dövlətimiz tərəfindən əlillərə, qayğıya ehtiyacı olan yaradıcı insanlara göstərilən diqqəti yüksək qiymətləndirib.
Gənclərin hərbi vətənpərvərlik şöbəsinin müdiri, polkovnik Adil Haqverdiyev və Qarabağ müharibəsi veteranı, Diplomatiya kafedrasının müəllimi Sadir Məmmədov çıxışlarında döyüş xatirələrini tələbələrlə bölüşüblər. Aprel döyüşlərində ordumuzun göstərdiyi şücaətdən danışan çıxışçılar gəncləri vətənpərvər olmağa səsləyiblər.
Əlillərin cəmiyyətə fəal inteqrasiyası üçün ölkəmizdə yaradılan şəraitdən danışan BSU-nun beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin dekanı, dosent Şirinbəy Əliyev, YAP-ın BSU üzrə sədri Rəşad Abbaszadə, Veteranlar Təşkilatının İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Səidə Abdullayeva qeyd ediblər ki, Prezident İlham Əliyev insanların problemlərinə daim böyük həssaslıqla yanaşır, əlillərin, müharibə veteranlarının, şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılmasına ciddi önəm verir. Bildirilib ki, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə bu gün ölkəmizdə sosial qayğıya ehtiyacı olan vətəndaşların, o cümlədən məhdud fiziki imkanlı şəxslərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər görülür.
Sonda universitetin ictimai həyatında fəal iştirakına görə prorektor Xanım Sultanovaya, tərcümə fakültəsinin tələbələri Günay Kazımova və Şamil Nuriyə Veteranlar Təşkilatı tərəfindən diplom təqdim edilib.
Tədbir çərçivəsində əlillər və veteranlarla bağlı BSU tələbələri Şirin Hüseynzadə və Əliyar Bayramovun çıxışları dinlənilib. Qarabağ şəhidləri barədə video-çarx nümayiş olunub, BSU-nun foyesində fiziki məhdudiyyətli gənclərin əl işlərindən ibarət sərgiyə baxış keçirilib.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Daha 4 vərəsəyə sığorta ödənişi aldıqlarına dair sənədlər təqdim edilib
07.11.2018
Şamaxıda Qaravəlli kənd məktəbi əsaslı təmirdən sonra istifadəyə verilib
07.11.2018
Vərəsələrə verilmiş sığorta ödənişi ilə bağlı təsdiqedici sənədlər ictimaiyyətə təqdim olunub
07.11.2018
Tələbələrə adlı təqaüd təqdim edilib
07.11.2018
“Sağlam məktəbli” layihəsi davam edir

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10458

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info