Koreya şirkətləri Azərbaycanda bir neçə zavod açmaq istəyir
Tarix: 06.12.2016 | Saat: 17:19:00 | E-mail | Çapa göndər


Koreyanın Azərbaycandakı səfiri Kim Çanq-Qyu (Kim Chang-gyu) "Caspian Energy International Media Group"un prezidenti və baş redaktoru Natalya Əliyevanın rəhbərlik etdiyi "Caspian Energy"nin nümayəndə heyətini qəbul edib. 
Qrupdan verilən məlumata görə, görüşdə "Caspian European Club" ("Caspian Business Club") və "Caspian Energy International Media Group" çərçivəsində Azərbaycan-Koreya informasiya əməkdaşlığının genişləndirilməsi perspektivlərinə toxunulub. Azərbaycanda həyata keçirilən iqtisadi islahatları qiymətləndirən səfir qeyd edib ki, ölkənin güclü iqtisadiyyatı üçün diversifikasiya vacibdir.
"Koreya sənayenin bütün sahələrinin güclü inkişaf etdiyi dövlətdir. Neft-kimya sənayesi, istehsalat, yüksək texnologiya sahəsi, İKT, tibbi xidmət bizdə çox yaxşı inkişaf edib. Azərbaycan hökumətinin iqtisadiyyatın diversifikasiyası və təkmilləşdirilməsi üzərində işlədiyi bir vaxtda biz öz təcrübəmiz və texnologiyalarımız ilə bölüşməyə hazırıq”, - deyən səfir əməkdaşlığın strateji istiqaməti qismində 5 sahəni - tibbi xidmət, İKT, neft-kimya, turizm və nəqliyyatı vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycanda təmsil olunan bir çox Koreya şirkətlərinin burada ofisi olsa da, istehsalatı yoxdur. "Azərbaycanda avtomobil və mobil telefon bazarı böyük olmadığından Koreya şirkətləri üçün burada istehsalatla məşğul olmaq bir o qədər də asan deyil. Lakin Gürcüstan, həmçinin Rusiyanın cənubu və Mərkəzi Asiyanın qərbi də daxil olmaqla Qafqaz bazarını ümumi şəkildə götürsək, zənnimcə, burada nəhəng istehsal qüvvəsi yaratmaq olar", - deyən diplomat qeyd edib ki, istənilən halda "Samsung" və "Hyundai" burada zavod açmaqda tərəddüd edəcək".
Səfirin fikrincə, Koreya investisiyasının Azərbaycana gəlməsi üçün "yerli hökumət vergi, gömrük rəsmiləşdirilməsi və inzibati prosedurlarda Koreya şirkətlərinə böyük stimul vəd etməlidir".
Yüksək vəzifəli diplomatın sözlərinə görə, Koreya şirkətləri Azərbaycanda öz fəaliyyətlərini genişləndirməkdə böyük imkanlar əldə etsinlər deyə Koreya ABŞ-la bağladığı saziş kimi azad ticarət barədə razılaşma lazım olacaq: "Koreya investorları işlərində uğur qazanacaqlarına əmin olduqları halda həmin ölkəyə gəlirlər".

Onun sözlərinə görə, hökumət islahatlar həyata keçirməyə başladığı vaxtdan Azərbaycanda işgüzar mühit yaxşılaşıb. Buna baxmayaraq, hələ görüləsi işlər var. "Mən Azərbaycan hökumətinin ölkədəki işgüzar mühiti yaxşılaşdırmaq istiqamətində gördüyü işləri yüksək qiymətləndirirəm. Hökumət bu sahədə kifayət qədər uğurla çalışır. Nəticədə ölkəyə müəyyən həcmdə xarici investisiyanın daxil olması təmin edilib. Əminəm ki, islahatlar davam edəcəyi təqdirdə bir çox xarici şirkətlər Azərbaycana investisiya qoyacaqlar", - deyə o bildirib.
 
Enerji əməkdaşlığından bəhs edərkən səfir qeyd edib ki, Koreya sənayesinin neft-kimya sahəsində rəqabətədavamlılığı yüksək olduğu üçün bu sahəyə diqqət yetirilməlidir. “Biz öz ölkəmizdə neft və ya qaz çıxarmırıq, lakin xeyli miqdarda neft-kimya məhsulu istehsal edib xarici ölkələrə ixrac edirik. Neft-kimya məhsulları ölkəmizin ixracatında həqiqətən birinci yeri tutur. Ölkələrimiz bu sahədə əməkdaşlıq edə bilərlər”, - deyə  səfir vurğulayıb.
 
Hal-hazırda Koreya şirkəti Sumqayıtda mineral gübrə istehsalatı üzrə zavod inşa edir. “Biz zavodlarımız üçün daha aşağı qiymət və daha yüksək keyfiyyət təmin edə bilərik. Koreya şirkətləri Azərbaycanda neft-kimya zavodlarının yaradılması üzrə əməkdaşlıq etməyə hazırdırlar”, - deyə səfir qeyd edib.
 
Onun sözlərinə görə, Koreya Respublikası İKT sahəsində öz təcrübəsini və texnologiyalarını fəal şəkildə başqa dövlətlərlə paylaşır. O, xüsusilə qeyd edib ki, “Azərbaycan İKT üzrə əməkdaşlıq sahəsində olduqca mühüm dövlətdir”. Səfir bildirib ki, gələn il iki dövlət arasındakı diplomatik münasibətlərin yaradılmasının 25 illiyi ilə əlaqədar Azərbaycana Koreyanın çoxsaylı nümayəndə heyətinin səfəri və birgə mədəni, siyasi, elmi və iqtisadi tədbirlərin keçirilməsi planlaşdırılır.
 
Görüşün sonunda səfir "Caspian Energy" jurnalına eksklüziv müsahibə verib. Müsahibəsində diplomat ticarət mübadiləsinin inkişaf perspektivləri, iqtisadi və investisiya əməkdaşlığının genişləndirilməsi barədə ətraflı söhbət açıb, enerji bazarının inkişaf perspektivlərindən bəhs edib, həmçinin turizm sektorunun və enerji əməkdaşlığının inkişafı məsələlərinə toxunub.

Tural




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
“Kaşaqan” neftinin gələcəkdə Bakı-Tbilisi-Ceyhan kəməri ilə nəqli planlaşdırılır”
18.09.2018
Masallıda 3230 hektar əkin sahəsinin suvarma suyu ilə təminatı yaxşılaşdırılacaq
18.09.2018
Ələt–Astara–İran ilə dövlət sərhədi–Biləsuvar avtomobil yolu yenidən qurulur
18.09.2018
Milli valyutada olan əmanətlər 1,7 dəfə artıb
18.09.2018
Moldova ilə beynəlxalq avtomobil daşımaları sahəsində əməkdaşlıq müzakirə olunub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Əfsanəvi İndoneziya batikaları
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info