“Jewish Journal”: “İsrail və Azərbaycan dost ölkələrdir ”
Tarix: 06.12.2016 | Saat: 17:21:00 | E-mail | Çapa göndər


ABŞ-da çıxan “Jewish Journal” qəzetində Azərbaycan Dağ Yəhudiləri dini icmasının başçısı Milix Yevdayevin “Lider və dost: Şimon Peresin ölümü Azərbaycanı kədərləndirdi” sərlövhəli məqaləsi dərc olunub. Məqalədə İsrail Prezidenti Şimon Peresin vəfatından, onun Azərbaycana səfərlərindən və Azərbaycan-İsrail əlaqələrindən danışılır.
M.Yevdayev yazır ki, 2013-cü ildə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun başçılığı ilə İsrailə səfər edən rəsmi nümayəndə heyətinin tərkibində ilk dəfə Şimon Pereslə görüşüb. O, Azərbaycanın Baş nazirinin müavini Elçin Əfəndiyevin başçılıq etdiyi nümayəndə heyətinin tərkibində Şimon Peresin dəfn mərasiminə də qatılıb. Müəllif yazır ki, 2013-cü ildə İsrailin təcrid olunması üçün təzyiqlərə məruz qalmasına baxmayaraq, Azərbaycan sadiq dost kimi İsrailə nümayəndə heyəti göndərib və Azərbaycan-İsrail münasibətlərini möhkənləndirib.
M.Yevdayev daha sonra yazır ki, Prezident Şimon Peres Azərbaycanda bir neçə dəfə olub. Məqalədə Ş.Peresin Azərbaycana birinci səfərindən də danışılır. Həmin vaxt onun başçılıq etdiyi nümayəndə heyətinin tərkibində Azərbaycana İsrailin 60 məmuru və iş adamı gəlmişdi. Şimon Peres Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə Dağlıq Qarabağ probleminə də toxunub. O deyib ki, İsrailin və Azərbaycanın dost ölkə olmaları ona qürur verir. Fəxr edir ki, ölkələrimiz sülh siyasəti yürüdür və qonşu dövlətlərlə sülhə nail olmaq üçün hər şeyi edirlər.
Şimon Peresin vəfatından sonra Prezident İlham Əliyev İsrailin Azərbaycandakı səfirliyinə gəlib, İsrail Dövlətinin indiki Prezidenti Reuven Rivlinə məktubunda Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.09.2019
Əfqanıstan prezidentinin mitinqində BOMBALAR PARTLADI
17.09.2019
İsraildə parlament seçkiləri keçirilir
17.09.2019
BƏƏ-yə məxsus gəmi İran tərəfindən saxlanıldı
16.09.2019
Dünyanın ilk üzən nüvə elektrik enerjisi stansiyası Pevek şəhərinə çatdı
16.09.2019
Ursula fon der Lyayen: “Xarici güclərin müdaxiləsi Avropa üçün təhlükədir”

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Daxili İşlər nazirindən yeni təyinat
3 Prezident Bakı Metropoliteninin “Xətai” stansiyasında görülən işlərlə tanış olub
4 Masallı rayonunun Çaxırlı ərazisinin Kəlbəhüseynli kəndində səyyar görüş
5 5 mindən artıq müəllimin maaşı 1000 manatı ötüb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info