ABŞ-dakı yəhudi tələbələr Azərbaycana gəlib
Tarix: 06.12.2016 | Saat: 17:44:00 | E-mail | Çapa göndər


Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) İsraildəki filialının rəhbəri, beynəlxalq münasibətlər üzrə tanınmış ekspert Arye Qutun təşəbbüsü ilə KIVUNIM təşkilatı çərçivəsində İsraildə təhsil alan Amerika yəhudi icmasının gənc liderləri - Miçiqan, Harvard, Vaşinqton, İllinoys, Kolumbiya, Kaliforniya və Merilend ştatlarının universitetlərini təmsil edən 50-dək tələbə ilə BBMM-də görüş keçirilib.
Əvvəlcə tələbələrə “Azərbaycan – dünya üçün multikulturalizmin və tolerantlığın əsl modeli” mövzusunda sənədli film təqdim edilib.
BBMM-in şöbə müdiri Sərxanbəy Xudiyev Mərkəzin beynəlxalq və regional layihələrindən söz açıb. O, Mərkəzin dünyanın 8 ölkəsində filialının açılmasından, Azərbaycan multikulturalizmi fənninin 15 xarici, 38 yerli universitetdə tədrisi, ölkəmizdə mütəmadi təşkil edilən multikulturalizm yay və qış məktəbləri haqqında məlumat verib.
Görüşdə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin əməkdaşları Anna Bayramova, Ceyhun Məmmədov, Rəvan Həsənov Azərbaycandakı tolerant ənənələr, multikultural əhvali-ruhiyyə barədə söhbət açıb.
Çıxışlarda qeyd olunub ki, statistik məlumatlara görə, Azərbaycanda 16 min yəhudi məskunlaşıb. Onlar burada 2500 ildən artıqdır ki, yaşayırlar. Azərbaycandakı yəhudilər əsrlər boyu ortaq düşmənə qarşı birgə vuruşaraq vahid vətənləri olan Azərbaycanı qoruyublar.
BBMM-in filial rəhbəri Arye Qut bildirib ki, Azərbaycan bu gün tərəqqinin və İslam dünyasının inkişafının mayakı, sivilizasiyalararası və dinlərarası dialoqun əsl nümunəsi, eləcə də multikulturalizm və tolerantlığın real örnəyidir. Siyasi ekspert, həmçinin müasir mərhələdə Azərbaycanın xarici siyasət strategiyasından, Cənubi Qafqazın lideri kimi rolundan və yerindən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı vəziyyətdən, İsrail-Azərbaycan münasibətlərinin perspektivlərindən söz açılıb.
İsrailli ekspert qeyd edib ki, 2014-cü ildə Azərbaycan rəhbərliyi dini və etnik tolerantlığa zəmanət verən, dövlətin bu sahədə rolunu gücləndirən iki təsisat yaradıb. İlk olaraq Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidməti təsis edilib. Daha sonra əsas fəaliyyəti mədəniyyətlərarası dialoqun və humanitar məsələlərin təşviqi olan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılıb. Əhalisinin əksəriyyətini müsəlmanlar təşkil etsə də, Azərbaycan həm də müxtəlif dinlərin və etnik qrupların nümayəndələrinin vətənidir. Milli azlıqlara dözümlülük və hörmət qədim zamanlardan, Böyük İpək Yolu dövründən bu günədək ölkənin inkişafının təməli olub.
A.Qut deyib ki, tarixən Azərbaycan torpağında iudaizm, islam, atəşpərəstlik və xristianlıq dinlərinə sitayiş edən insanlar yaşayıblar. Bu torpaq indi də tolerantlıq və dini dözümlülüyə inanılmaz dərəcədə can atdığını nümayiş etdirir. Ölkənin yəhudi icmasının nümayəndələrinə səmimi və qardaş münasibət Azərbaycan tolerantlığının parlaq nümunəsidir. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, Azərbaycanda əzəldən antisemitizm olmayıb və yəhudilər burada heç vaxt özlərini yad hiss etməyiblər.
Amerikalı tələbələrin diqqətinə çatdırılıb ki, Ermənistanın Azərbaycana qarşı hələ də davam edən təcavüzünə və münaqişəyə baxmayaraq, Azərbaycanda heç vaxt dözümsüzlük olmayıb və əslən bu ölkədən olan insanlar bu tolerantlıq amili ilə fəxr edirlər. Azərbaycan rəhbərliyi ölkədəki yəhudi icmasının həyat tərzi və ənənələrinə qayğıkeş və səmimi münasibət bəsləyir. Qədim Qırmızı Qəsəbə dağ yəhudilərinin İsrail hüdudlarından kənarda kompakt yaşadığı yeganə və unikal məkan, Azərbaycanın əsl iftixarıdır. Qırmızı Qəsəbə Azərbaycanda dini icma təmsilçilərinin – müsəlmanlar və yəhudilərin sıx əməkdaşlığı və tərəfdaşlığının nəticəsidir. Bu gün Azərbaycan müxtəlif dinlərin, fərqli xalqların nümayəndələrinin dinc yanaşı yaşamasına və bir-birinə hörmət etməsinə əsl örnəkdir.
Görüşdə tələbələri maraqlandıran suallar cavablandırılıb, gənclərə BBMM-in hədiyyə və nəşrləri təqdim edilib.
.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.02.2019
Fondun təşkilatçılığı ilə KİV rəhbərləri Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti ilə yaxından tanış olublar
21.02.2019
DİN polis orqanlarında 150 vəzifəyə qəbulla əlaqədar müsabiqə elan edib
21.02.2019
Rusiyalı bloqqerlər Azərbaycanda qış mövsümü haqqında film çəkiblər
21.02.2019
Azərbaycanın İstanbuldakı baş konsulu azərbaycanlı tələbələrlə görüşüb
21.02.2019
Dini liderlər Xocalı ilə əlaqədar beynəlxalq təşkilatlara müraciət ediblər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10611

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
3 ABŞ-da atışma: xəsarət alanlar var
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info