Ermənistanda maaş əvəzinə pendir paylanıb
Tarix: 06.12.2016 | Saat: 18:26:00 | E-mail | Çapa göndər


Ermənistanın Qeqarkunik vilayətinin Çambarak şəhərində əmək haqları ilə bağlı yığılmış borcların əvəzində insanlara rokfor pendiri paylanıb.
 
“Novosti Armenia”nın verdiyi məlumata görə, insanlar bir neçə aylıq işlərinin qarşılığında maaşlarını tələb ediblər. “Aştarak kat” zavodunun rəhbərliyi isə bunun qarşılığında kiloqramını 2 min dramdan (4,1 dollar) hesablamaqla əhaliyə rokfor pendiri verib.
 
Şəhər meri Yuri Avalyan bildirib ki, əvvəlcədən pendirin qiymətinin 2,5 min dram (5,2 dollar) olması razılaşdırılsa da, sonradan bu rəqəm dəyişdirilib: “Hazırda zavodda təxminən 60 ton pendir var, lakin prosesin reallaşdırılmasında problem yaranıb. Əgər pendir zavod ərazisindən çıxarılsa, xarab olacaq. Ona görə də satış üçün bazar axtarırıq. Həmçinin Rusiyaya ixrac edilməsi ilə bağlı da yollar axtarılır”.
 
Qeyd edək ki, rokfor fransız pendir növüdür.
Tural




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”
15.11.2018
Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik artır
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”
13.11.2018
Nazarbayev Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını təklif edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info