Ziyad Səmədzadə: “Qeyri-neft sektorunun hesabına düşən 75,7 faiz gəlir yüksək rəqəmdir”
Tarix: 06.12.2016 | Saat: 18:32:00 | E-mail | Çapa göndər


2017-ci ilin dövlət büdcəsi üzrə qeyri-neft sektorunun hesabına 75,7 faiz gəlir düşür ki, bu da kifayət qədər yüksək rəqəmdir. Bu barədə iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə parlamentin dekabrın 6-da keçirilən plenar iclasında deyib. O bildirib ki, Vergilər Nazirliyində aparılan işlər, şəffaflığın artırılması, elektron xidmətdən istifadə olunması, vergi ödəyiciləri ilə əməkdaşlığın təkmilləşdirilməsi vacib istiqamətlərdən biridir. Bu da büdcə gəlirləri üzrə proqnozların vaxtında yerinə yetirilməsinə əsas yaradır.
Z.Səmədzadə qeyd edib ki, Azərbaycanda büdcə gəlirlərinin illər boyu kəsirsiz formalaşmasında gəlirlərin formalaşmasını həyata keçirən strukturların rolu var. 2016-cı ilin büdcə proqnozlarının icrası və vergi ödəyicilərinə göstərilən xidmətlər, vergi inzibatçılığının təkmilləşdirilməsi və sadələşdirilməsi istiqamətində görülən işlər, müasir texnologiyaların geniş tətbiqi və şəffaflıq prinsiplərinə riayət edilərək aparılan funksional və struktur islahatları 2017-ci ildə də davam etdiriləcək.
“Vergilər Nazirliyi xətti ilə işlər aparılır, proqnoz göstəricilərinin ümumi daxili məhsulun 11,7 faiz qismində nəzərə alınması təklif edilir. Büdcə gəlirlərinin yığımında Vergilər Nazirliyi xətti ilə yığılan gəlirlər 45 faiz nəzərdə tutulur. Bu da cari ilin proqnozundan çoxdur”, - deyə Z.Səmədzadə vurğulayıb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur
20.09.2018
ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşı Beynəlxalq Forumda iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info