Gömrükdən daxilolmalar 500 milyon manat artacaq
Tarix: 06.12.2016 | Saat: 18:47:00 | E-mail | Çapa göndər


Dövlət Gömrük Komitəsinin xətti ilə büdcə daxilolmaları ilə bağlı proqnozlar artımla müşahidə olunur. Bunu iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə parlamentin dekabrın 6-da keçirilən plenar iclasında deyib.
O bildirib ki, gömrük sistemində aparılan şəffaflıq, islahatlar nəticəsində daxilolmalarla bağlı proqnoz əvvəlki ilə nisbətən 500 milyon manatdan çox artacaq. Bundan əlavə, vergilərin toplanmasında Dövlət Gömrük Komitəsinin xüsusi çəkisi artacaq.
Z.Səmədzadə qeyd edib ki, Milli Məclisin komitə üzvləri ilə birlikdə təhlillər aparılıb, 20 ildə ümumi daxili məhsulun miqdarı, gəlirləri, vergi və gömrük xətti ilə daxil olan gəlirlərin ümumi daxili nisbəti araşdırılıb, dünya miqyasında olan ölkələrlə müqayisə edilib. “Araşdırmalar nəticəsində büdcə gəlirlərinin ÜDM-in 25-30 faizi arasında, Vergilər Nazirliyinin xətti ilə yığılan vergilər ÜDM-in 11-12 faizi arasında, Dövlət Gömrük Komitəsi xətti ilə yığılan rüsumlar isə 2-3 faiz arasındadır. ÜDM-in artması proqnozlarını müəyyən edərkən gələcəkdə bu rəqəmlər əsasında vergi yığımlarında gəlirləri hesablaya bilərik”, - deyə Z.Səmədzadə vurğulayıb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində
21.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib
21.09.2018
“Azərenerji”: Ölkə enerjisi sistemində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə başlanılıb
21.09.2018
“Əsrin müqaviləsi” Azərbaycanın dirçəlişinə, iqtisadi inkişafına geniş yol açıb
21.09.2018
“Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10129

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info