Əfqanıstan nümayəndə heyəti “Asan İmza” ilə tanış olub
Tarix: 06.12.2016 | Saat: 19:26:00 | E-mail | Çapa göndər


Əfqanıstan İslam Respublikasından ölkəmizə gəlmiş və 27-30 noyabr tarixlərində Bakıda səfərdə olmuş nümayəndə heyəti “Asan İmza” innovativ mobil gücləndirilmiş elektron imza texnologiyası ilə tanış olub.
 
Əfqanıstan İslam Respublikasının “ASAN Khedmat” qurumunun direktoru, daxili işlər nazirinin müavini və digər dövlət orqanlarının yüksək vəzifəli şəxslərindən ibarət nümayəndə heyətinin ölkəmizə səfərində məqsəd Azərbaycanda əhaliyə göstərilən xidmətlər prosesində tətbiq olunan müxtəlif elektron xidmətlər və qabaqcıl texnologiyalarla yaxından tanışlıq və müvafiq təcrübə mübadiləsini aparmaq təşkil edib.
 
Nümayəndə heyəti səfər çərçivəsində Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində, eləcə də bir sıra digər dövlət və özəl qurumlarda müxtəlif görüşlər keçirib.
 
“Asan İmza” mobil elektron imza sisteminin təqdimatına həsr olunmuş tədbirdə qonaqların diqqətinə çatdırılıb ki, “Asan İmza” mobil gücləndirilmiş elektron imza xidməti dövlət və özəl qurumlarının müxtəlif elektron xidmətlərdən istifadə zamanı vətəndaşlara geniş imkanlar təqdim edən tamamilə yeni texnologiyadır. Bildirilib ki, mobil gücləndirilmiş elektron imza sistemi hazırda ölkə üzrə 500-dən çox elektron xidmətdə istifadə olunur. Ötən il “Asan İmza” texnologiyası Əfqanıstanın paytaxtı Kabil şəhərində təqdim olunub və təqdimat zamanı Azərbaycan texnologiyasına böyük maraq yaranıb. Diqqətə çatdırılıb ki, innovativ texnologiya olan “Asan İmza” Əfqanıstanda əhaliyə gücləndirilmiş elektron imza xidmətinin təqdim edilməsində geniş şəkildə istifadə oluna bilər. Belə ki, bu texnologiya ölkədə internetin müxtəlif səviyyələrdə mümkün olduğu kənd əraziləri də daxil olmaqla müxtəlif regionlarda, istənilən növ mobil telefonlar vasitəsilə müxtəlif kompyuter biliklərinə sahib olan vətəndaşlar tərəfindən istifadə oluna bilir.
 
İnnovativlik, yüksək təhlükəsizlik, eləcə də istifadədə asanlıq “Asan İmza” xidmətini bu texnologiyanın təqdim olunduğu digər dövlətlər üçün də cəlbedici edir. Hazırda “Asan İmza” mobil elektron imza texnologiyasının yaxın və uzaq xaricə ixracı üçün müvafiq iş aparılır. Cari ilin noyabr ayında “B.EST Solutions” şirkəti və ISESCO arasında Azərbaycanın mobil identitet texnologiyası bazasında bu təşkilat üçün dünyada ilk olaraq transmilli elektron imza və sənəd dövriyyəsi platformasının işlənməsi və tətbiqi ilə bağlı müqavilə imzalanıb. Hazırda “Asan İmza” dövri olaraq “Made in Azerbaijan” brendi altında müxtəlif beynəlxalq tədbirlərdə təqdim edilir.
 
Təqdimat çərçivəsində həmçinin nümayəndə heyətinin üzvləri “Asan İmza” texnologiyasının istifadə olunduğu sahələr barədə də ətraflı şəkildə məlumatlandırılıblar. Qeyd olunub ki, hazırda elektron vergi bəyannamələrinin təqdimi, əmək müqavilələrinin elektron qeydiyyatı, müxtəlif məhsulların və nəqliyyat vasitələrinin gömrükdə bəyan edilməsi, ali təhsil müəssisələrinə tələbələrin onlayn qeydiyyatının aparılması, internet və mobil bankçılıq kimi müxtəlif xidmətlər “Asan İmza” vasitəsilə reallaşdırılır. “Asan İmza” müxtəlif dövlət və özəl qurumlarının telefon-məlumat mərkəzlərinə inteqrasiya olunub.
 
Təqdimatın sonunda nümayəndə heyətinin üzvləri Azərbaycanın mobil identitet və imza texnologiyasını yüksək qiymətləndirərək elektron xidmətlər və innovativ həllər sahəsində iki ölkə arasında əməkdaşlığın əhəmiyyətini vurğulayıblar.

Fuad




 
Bölməyə aid digər xəbərlər
20.04.2019
Taksidə siqaret çəkməyin!
19.04.2019
“NAR” işçi axtarır
19.04.2019
İşəgötürən əməyin mühafizəsi məqsədilə işçiləri fərdi mühafizə vasitələri ilə təmin etməlidir
19.04.2019
“AccessBank“da vakansiya
18.04.2019
“İşsizin DOSTu” layihəsi 33 mindən çox vətəndaşla əmək müqaviləsi bağlayıb

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10754

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
4 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info