“Piyadaları qoruyaq” layihəsi çərçivəsində növbəti təqdimatlar keçirilib
Tarix: 06.12.2016 | Saat: 19:27:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Gənc İstedadların İnkişafına Dəstək” İctimai Birliyinin, Bakı şəhər Baş Polis İdarəsinin və Dövlət Yol Polisi İdarəsinin birgə təşkilatçılığı ilə “Piyadaları qoruyaq” adlı layihə həyata keçirilir.
Layihənin həyata keçirilməsində məqsəd respublikada nəqliyyat təhlükəsizliyi problemlərinə cəmiyyətin diqqətini cəlb etməklə, piyada mədəniyyətinin artırılması, Azərbaycanda insanların yol qəzalarında həlak olmalarının qarşısının alınmasıdır.
Layihənin əsas istiqamətlərindən biri də təhsil müəssisələrində piyada mədəniyyəti ilə bağlı maarifləndirici təqdimatların keçirilməsidir. Sözügedən təqdimatlar ilk olaraq Azərbaycan Memarlıq və İnşaat Universitetində, daha sonra isə Azərbaycan Dillər Universiteti və Bakı Ali Neft Məktəbində baş tutub. Tədbirlərdə ümumilikdə 250-dən çox tələbə iştirak etmişdir. Təqdimatların başlanğıcında yol hərəkətinə dair video təqdimat materialı izahlı şəkildə nümayiş etdirilib. Daha sonra Bakı şəhər Baş Polis İdarəsi, Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov tələbələrin qarşısında çıxış edib. Sonda isə Gənc İstedadların İnkişafına Dəstək İctimai Birliyinin sədr müavini Şərqiyyəxanım Qulamova tələbələri maraqlandıran sualları dinləyib və ünvanlanan suallar qonaqlar vasitəsilə cavablandırılıb.




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
“Cümhuriyyət 100 il” adlı rəsm müsabiqəsinə yekun vurulub
20.11.2018
İnzibati məsuliyyətə cəlb edilən piyadaların sayı 100 mini ötüb
20.11.2018
AMEA-da Cümhuriyyət tarixinə dair dəyərli elmi-tədqiqat işləri aparılır
20.11.2018
Qloballaşma şəraitində milli dəyərlərimizin konfiqurasiyasının dəyişdirilmə təhlükəsi
20.11.2018
Aysel Fərziyeva yeni vəzifəyə gətirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info