Müxalifət liderlərinin siyasi karyerası gənclərin məhvinə həsr olunub
Tarix: 03.04.2013 | Saat: 22:24:00 | E-mail | Çapa göndər



Gənc yaşlarında AXCP və Müsavat rəhbərliyinin yalanlarına aldanan və indi yaşlanaraq peşmançılıq hissi keçirdiyini etiraf edən yüzlərcə insan var


Radikal düşərgədə təmsil olunan partiyalar demokratiya pərdəsi adı altında həyata keçirdikləri məkrli planlarını reallaşdırmaq üçün gəncləri öz torlarına salmaq istəyirlər. 20 ildir ki, müxalifət düşərgəsində təmsil olunaraq xaricdəki müxtəlif maraq qruplarına «xidmət» edən AXCP və Müsavat kimi artıq «klassikləşən» radikal düşərgə təmsilçiləri cilddən-cildə, dondan-dona girərək daim ölkənin milli maraqları əleyhinə mübarizə aparıblar.

Geridə qalan 20 illik tarix bu partiya rəhbərliyində təmsil olunan şəxslərin gənclərdən necə istifadə etmələri ilə zəngindir. Gənc yaşlarında AXCP və Müsavat rəhbərliyinin yalanlarına aldanan və indi yaşlanaraq peşmançılıq hissi keçirdiyini etiraf edən yüzlərcə belə insan var. Həmin vaxt gənc kimi siyasi vəziyyəti doğru qiymətləndirməyən, Əli Kərimli, İsa Qəmbər kimilərin şirin dilinə aldanan həmin gənclər zaman keçdikcə necə böyük yalanın, riyakarlığın, antimilli fəaliyyətin içində olduqlarını anlayıblar. Bunu mətbuat vasitəsilə dilə gətirən həmkarlarımız da var. Amma nə yazıq ki, Əli Kərimli kimilər bu siyasətlərindən əl çəkməyərək yenə də gəncləri aldadaraq «ovlamağı», onları təxribatlara çəkməyi davam etdirirlər. Gənclər anlamalıdırlar ki, onlardan sadəcə istifadə edirlər. Qanunsuz fəaliyyət nəticəsində həbsə düşmələri, gənc yaşlarında psixoloji travma almaları Əli Kərimli və onun kimi düşünənlərin heç vecinə də deyil. Ona görə də bu insanların iç üzünü, keçmişini bir daha təqdim etmək zərurəti yaranır. Gənclərimiz bu insanları tanımalı, onların 20 il ərzində bir-birinin ünvanına səsləndirdiyi təhqirləri, qurduqları qaranlıq oyunları anlamalıdırlar. Gənclər bilməlidirlər ki, onların davası demokratiya, insan hüquqları ilə bağlı deyil. Lazım olan anda bir yerdə olmalarına aldanmaq lazım deyil. Xarici qüvvələrin verdiyi yaşıl dolların bir qırağını görən kimi demokratiya da yaddın çıxır, insan hüquq və azadlıqları da. Onlar gənclərdən sadəcə həbsə girənə kimi istifadə edirlər, sonrası…
Ümumiyyətlə, müxalifət daxilindəki pərdəarxası münasibətlər və eybəcər intriqalar seçki ərəfəsində daha artıq ifşa olunur. Müxalifətin iç üzünü gənclərə daya yaxıdan tanıtmaq üçün bəzi məqamları yenidən xatırlatmağı lazım bildik. Belə ki, 2010-cü ildə keçirilən parlament seçkisi zamanı namizəd olmaq istəyən “Azadlıq” qəzetinin köşə yazarı Mirzə Sakit mətbuata müsahibəsində daxilinə yaxşı bələd olduğu qəzeti və AXCP-ni ifşa etmişdi: “Həbsdə olanda “Azadlıq” qəzetinin matah əməkdaşı idim. Çünki bu rəhbərliyə sərf edirdi. Artıq hamıya məlumdur ki, mən həbsdən azad olunandan sonra “Azadlıq” qəzetində yazılarımı vermədilər. Görünür, xarici təşkilatlardan qrant alıb yeməkdən ötrü qəzet rəhbərliyinə mənim həbsdə qalmağım daha çox sərf edirmiş”.
Qeyd edək ki, “Azadlıq” qəzetinə Gerd Butserius Fondunun “Şərqi Avropada azad mətbuat” pul mükafatı veriləndə M.Sakit həbsdə olub: “Təşkilatın əməkdaşları bizim evdə olublar və o zaman bu mükafatın 10 min avrosunun mənə verildiyini bildiriblər. Telefon danışığı zamanı AXCP-nın sədri Əli Kərimli də mənə dedi ki, Norveçin verdiyi mükafatın on mini sənindir. Lakin sonralar Əli bəy bu sözünü dandı və dedi ki, mən bu pulu deməmişəm, başqa mükafatdan danışırdım. Amma nədənsə Əli Kərimli bu günə qədər söhbətin hansı puldan və mükafatdan getdiyini mənə deməyib”. Ə.Kərimlinin xarici donorlar tərəfindən şəxsən onun silahdaşlarına göndərilən pul mükafatlarını və qrantları mənimsəməsi ilə bağlı kifayət qədər bu cür faktlar var. Məsələn, 2005-ci ildə AXCP-çi Aqil Mahmudbəylinin, daha sonra Rusiyada yaşayan iş adamı Sakit Allahverdiyevin mətbuata açıqlaması və Kərimlini birbaşa olaraq onların pulunu ələ keçirməkdə ittiham etmələri bir daha deyilənlərin doğru olduğunu sübut edir. Bundan başqa, Kərimlinin həbsdə olan M.Sakitin məhbus imicindən yalnız həşir salıb xarici təşkilatlardan qrant almaq üçün yararlanması da elə müxalifət yazarının öz dilindən bildirilmişdi. O, daha sonra qeyd etmişdi ki, «beynəlxalq təşkilat tərəfindən ayrılmış 10 min avronun 5 minini onlardan çətinliklə aldım. Ümumilikdə 30 min avro vəsait ayrılmışdı, onun 10 min avrosu mənə çatmalıydı. Ancaq vermək istəmirdilər».
M.Sakitin öz rəhbərliyi ilə bağlı digər bir şikayəti isə onun həbsdən çıxandan sonra öz partiyasından haqqını tələb etdiyinə görə, fəaliyyətinə qoyulan qadağalarla bağlı idi. İndi həmin Əli Kərimli bu gün gəncləri min bir dillə aldatmağa çalışır. Amma bugünün gəncləri bilməlidirlər ki, bu gün demokrat kimi fəğan edən Əli Kərimli vaxtilə ən yaxın silahdaşının həbsdə olmasından istifadə edib, onun adına verilən qrantı mənimsəyib, həbsdən çıxandan sonra isə onun qəzetdə işləməsinə imkan verməyib. İndi belə bir mahiyyətə malik olan bir şəxsin danışdıqlarına inanmaq olarmı?
Anar MIRIYEV




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Aİ nümayəndələri Naxçıvanda fiziki məhdudiyyətli uşaqlarla görüşüblər
23.09.2018
Naxçıvan Biznes Mərkəzində avropalı diplomatların sahibkarlarla görüşü olub
23.09.2018
Naxçıvanda “Avropa şəhərciyi”nin rəsmi açılış mərasimi olub
23.09.2018
Otman-Bozdağ palçıq vulkanında püskürmə baş verib
23.09.2018
Payız fəsli Azərbaycana daxil oldu

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10132

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info