“Rusiya ilə dialoq şərtlərinin yaxşılaşdırılmasına kömək edəcək hər şeyi alqışlayırıq”
Tarix: 06.12.2016 | Saat: 20:33:00 | E-mail | Çapa göndər


NATO Rusiyanın yeni xarici siyasət strategiyasında aqressiv ritorikanın azalmasını alqışlayır.
 
RİA Novosti”nin yaydığı məlumata  görə, bunu alyansın baş katibi Yens Stoltenberg deyib. “Mən ritorikanın azalmasını alqışlayıram, çünki sözlər məna kəsb  edir. Daha az aqressiv ritorika daha yaxşı dialoq üçün ilk addım ola bilər. Eyni zamanda, sözlər vacib olsa da, əməllər daha böyük məna kəsb  edir. Gərək baxaq, Rusiya tərəfindən hansı addımları izləyəcəyik”, - deyə o, söyləyib. 

Baş katib bəyan edib ki, NATO Rusiya ilə münasibətlərdə ikili yanaşmasını davam etdirəcək. Bu yanaşmaya bir tərəfdən güc, kollektiv müdafiə, Rusiyanın qarşısının alınması, digər tərəfdən isə siyasi dialoq üçün kanalların saxlanılması daxildir: “Biz  Rusiya ilə dialoq şərtlərinin yaxşılaşdırılmasına kömək edəcək hər şeyi alqışlayırıq”. 
 
Qeyd edək ki, ötən həftə prezident Vladimir Putin tərəfindən imzalanan Rusiyanın yeni xarici siyasət konsepsiyası dərc edilib. 
Tural




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
İran ABŞ-dan Press TV-nin jurnalistini təcili azadlığa buraxmağı tələb edir
17.01.2019
Xaricdəki soydaşlarımız 20 Yanvar şəhidlərinin ildönümünü qeyd edirlər
17.01.2019
Dünyada robotlar işlədən ilk hotel onlardan imtina edir
17.01.2019
Şahmat ömrü uzadır
17.01.2019
Tereza Mey Böyük Britaniyanın baş naziri postunu qoruyub saxlayıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10564

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Dərslər təxirə salındı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info