Bakıda 50 ölkədən 71 iştirakçısının qatılacağı Chef de Mission seminarı keçiriləcək
Tarix: 06.12.2016 | Saat: 20:50:00 | E-mail | Çapa göndər


Dekabr ayının 8-i IV İslam Həmrəyliyi oyunlarına hazırlıq məqsədi ilə Bakıda 50 ölkədən 71 iştirakçısının qatılacağı Chef de Mission Seminarı öz işinə başlayacaq. İki gün davam edəcək seminarda  İslam Həmrəyliyi İdman Federasiyasının baş katibi Faisal Abdulaziz Al-Nassar, baş katibin müavini Saeed Abdulghaffar Hussein və  ümumilikdə 6 nəfər nümayəndə iştirak edəcək. 
Tədbirin keçirilməsində əsas məqsəd İslam Həmrəyliyi oyunlarında iştirak edəcək ölkələrin oyunlara təhkim olunan missiya rəhbərlərinin iştirakı ilə   hazırlıq prosesi ilə yaxından tanış olub, müzakirələr aparmaqdır.
Seminar çərçivəsində  Əməliyyat komitəsinin hər bir şöbəsi Oyunlar zamanı Milli Olimpiya Komitələrinə təklif edilən xidmətlər haqqında məlumatlar təqdim edəcək və nəticədə  Missiya rəhbərlərinin suallarına aydınlıq gətirəcəklər.
Seminarın ilk günü nəqliyyat, bilet satışı, təhlükəsizlik, açılış və bağlanış mərasimləri və digər mühüm mövzular müzakirə olunacaq. 
Seminarın ikinci günü isə missiya rəhbərləri idman arenalarına baxış keçirəcəklər. Nümayəndə rəhbərləri Üzgüçülük Mərkəzi, Atıcılıq Mərkəzi, Bakı Olimpiya Stadionu, Milli Gimnastika Arenası, Atletlər Kəndində olacaqlar. İdman arenalarına baxış tədbirin önəmli hissəsidir və hər bir arenada o arenada keçiriləcək idman yarışları üzrə menecerlər cəlb olunub. Hər bir iştirakçı ölkənin missiya rəhbəri özləri ilə gətirəcəkləri idmançıların hansı şəraitdə yarışacaqlarını və digər suallarına cavab ala biləcəklər. 
Tural




 
Bölməyə aid digər xəbərlər
18.03.2019
“Bakcell” gənc developerlər üçün məzun gecəsi keçirib
18.03.2019
“Ntv.com.tr”: “Azərbaycanda İlham Əliyevdən Novruz əfvi”
18.03.2019
“Sağlamlıq-2018” Respublika Spartakiadasının qalibləri mükafatlandırılıb
18.03.2019
Novruz bayramı türkdilli xalqlarda etno-mədəni hadisədir
18.03.2019
Bakı şəhəri ilə Dərbənd və Maqas şəhərləri arasında Memorandum imzalanıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10697

1 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
2 Təhsilə qoyulan sərmayə gələcəkdə yüksək potensiala malik savadlı gənclərin yetişməsini təmin edəcək
3 Xaricdəki və yerli ictimai birliklərin növbəti virtual görüşü olub
4 “Kaspersky Password Manager” proqramının yeni versiyası şifrənin təhlükəsizliyini yoxlayır
5 “Sondakika.com”: “Apreldən TANAP-ın Avropaya təbii qaz göndərəcək hissəsində sınaqlara başlanacaq”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info