“Röyters”: “Ər-Riyadla Tehran arasında razılığın əldə olunmasında Putinin rolu həlledici olub”
Tarix: 07.12.2016 | Saat: 00:11:00 | E-mail | Çapa göndər


OPEK ölkələrinin məlum qərarından sonra dünya bazarında neftin qiymətində artım müşahidə edilir. Şübhəsiz ki, OPEK üzvləri arasında ümumi razılıq əldə etmək çox çətin məsələdir. Ona görə də bu dəfəki razılığın arxasında müəyyən məqamlar dayanır. “Röyters” yazır ki, bu razılığın əldə edilməsi və neftin qiymətinin artmasının səbəbkarı Rusiya dövlət başçısı Putindir. Belə ki, o, “Böyük iyirmiliyin” sammitində gündəmdən kənar gərgin diplomatik danışıqlar aparıb.
Bildirilir ki, Putinin görüşdüyü şəxslər arasında Səudiyyə Ərəbistanının kral ailəsi də olub. İndi belə bəlli olur ki, Putin kral ailəsi ilə görüşdə istədiyinə nail ola bilib. “Reuters”in məlumatına görə, Putin iki düşmən - İran və Səudiyyə Ərəbistanı arasında vasitəçilik etməyin təməlini qoydu. İlk dəfə olaraq, OPEK ölkələri və bu təşkilata daxil olmayan ölkələr 15 il ərzində neftin gün ərzində istehsalının 1,2 milyon barel azaldılması barədə razılığa gəliblər. İndiyə qədər razılığın əldə edilməməsi Tehranla Ər-Riyad arasında olan düşmənçilik idi. “Reuters”un yazdığına görə, Ər-Riyadla Tehran arasında razılığın əldə olunmasında Putinin rolu həlledici olub. Qeyd edilir ki, Putin uzun müddət idi ki, Səudiyyə Ərəbistanının vəliəhdi Mohammed bin Salmanla dostluq əlaqələri saxlayırdı. Bununla yanaşı, Rusiya lideri İranla da fəal danışıqlar aparıb. Putin son aylarda İranın ali dini rəhbəri Əli Xameneyi və prezident Həsən Ruhani ilə dəfələrlə əlaqə saxlayıb. Rusiyanın Suriya müharibəsində iştirakı, bu ölkənin Yaxın Şərqdə təsirini gücləndirməklə yanaşı, Putini proseslərin əsas oyunçusuna çevirib. Məsələ ondadır ki, neft istehsal edən ölkələrin çox az hissəsi neft hasilatının azaldılması barədə razılıq əldə edilməsinin mümkünlüyünə inanırdı. Danışıqlar hər dəfə İran və Səudiyyə Ərəbistanı arasında olan münasibətlərə görə iflasa uğrayırdı. Ər-Riyad təkidlə Tehranın neft hasilatının cari səviyyədə dondurmasını təkid edirdi. Tehran isə neft istehsalını ABŞ və Avropa Birliyinin 2011-ci ildə İrana qarşı sərt şəkildə tətbiq etdiyi sanksiyalardan əvvəlki səviyyəyə qaldırmağa israrlı olduğunu bildirirdi. Xatırladaq ki, Beynəlxalq Valyuta Fondunun məlumatına görə, İranla müqayisədə Səudiyyə Ərəbistanı daha çox neftin qiymətlərindən asılıdır. Belə ki, Ər-Riyada ölkəsinin büdcə balansını saxlamaq üçün neftin barelini 80 dollara satmaq sərf edirdisə, Tehran öz problemini həll etmək üçün 55 dollar da kifayət edə bilər. Məhz Putinin danışıqları nətiçəsində razılıq əldə edildi-Səudiyyə Ərəbistanı tələbindən vaz keçdi. Əvəzində Putin onlara təminat verdi ki, İran bu razılaşmanı qələbə kimi qeyd etməyəcək.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info