Şəmkirdə ixrac imkanlarına dair konfrans
Tarix: 07.12.2016 | Saat: 00:28:00 | E-mail | Çapa göndər


30-a yaxın şirkətin ixracyönümlü məhsulu xarici bazarlarda "Made in Azerbaijan" brendi ilə satılacaq
Şəmkirdə İqtisadiyyat Nazirliyinin təşkilatçılığı, yerli və mərkəzi icra hakimiyyəti orqanlarının, bələdiyyələrin nümayəndələrinin və sahibkarların iştirakı ilə "Regionların inkişafı və ixrac sahəsində yaranmış yeni imkanlar" mövzusunda konfrans keçirilib.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən “Palitra”ya bildiriblər ki, tədbirdə çıxış edən iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Prezidentin rəhbərliyi ilə ölkədə sahibkarlığın inkişafı, biznes mühitinin daha da yaxşılaşdırılması, sahibkarlara dövlət dəstəyinin gücləndirilməsi və onların hüquqlarının etibarlı müdafiəsi istiqamətində həyata keçirilən islahatlar barədə məlumat verib. Qeyd edilib ki, sahibkarlıq sahəsində aparılan yoxlamaların 2 il müddətinə dayandırılması, lisenziya tələb olunan fəaliyyət növlərinin və icazələrin sayının azaldılması, sahibkarlara investisiya təşviqi sənədinin verilməsi, sahibkarların hüquqlarının daha da gücləndirilməsi ilə bağlı Apelyasiya şuralarının yaradılması, yerli istehsalın dəstəklənməsi və ixracın təşviqi üçün tədbirlərin həyata keçirilməsi, regionlarda ailə təsərrüfatlarına dəstək məqsədi ilə "ABAD" mərkəzlərinin yaradılması ilə bağlı mühüm qərarlar qəbul edilib. İxracın stimullaşdırılması dövlət başçısının həyata keçirdiyi iqtisadi strategiyanın mühüm istiqamətlərindəndir və bu sahədə imzalanmış fərman və sərəncamlar qeyri-neft sektorunun inkişafına dəstək olmaqla, ixracın genişləndirilməsində əhəmiyyətlidir. Diqqətə çatdırılıb ki, keçirilən tədbir çərçivəsində nümayiş olunan rəqabətqabiliyyətli və ixracyönümlü yerli məhsulların xarici bazarlarda "Made in Azerbaijan" brendi ilə təşviqi istiqamətində İqtisadiyyat Nazirliyi və AZPROMO tərəfindən kompleks tədbirlər görülür. Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov sahibkarlığın inkişafı ilə bağlı rayonda görülmüş işlər, həyata keçirilən layihələr barədə məlumat verib, belə tədbirlərin sahibkarların maarifləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb. Konfransda, həmçinin Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Gömrük Komitəsi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, "Ərzaq məhsullarının tədarükü və təchizati" ASC, beynəlxalq biznes assosiasiyaları və yerli şirkətlərin nümayəndələrinin təqdimatları dinlənilib. Sahibkarlarla kənd təsərrüfatı məhsullarının istehsalı və emalının stimullaşdırılması, qeyri-neft məhsullarının ixracının artırılması, ərzaq məhsullarının keyfiyyətinin yaxşılaşdırılması, dövlət sifarişi ilə ərzaq məhsullarının satın alınması istiqamətində görülən tədbirlər barədə geniş müzakirələr aparılıb. Sonra tədbir iştirakçıları regionlarda fəaliyyət göstərən və ixracyönümlü məhsul istehsal edən 30-a yaxın şirkətin iştirakı ilə təşkil olunmuş sərgi ilə tanış olublar.
Anar




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Bu il Türkiyə Azərbaycandan 3,8 milyard kubmetrədək təbii qaz idxal edib
26.09.2018
“Azərbaycan telekommunikasiya sahəsində xarici tərəfdaşlardan asılılığını tam aradan qaldırıb”
26.09.2018
“Azerspace-2” peyki Kuru kosmodromundan orbitə buraxılıb
26.09.2018
Azərbaycan neftinin bir barreli 83,56 dollara satılır
26.09.2018
Yanvar-avqust aylarında elektrik avadanlığı istehsalı 3 dəfə artıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info