Məcburi köçkünlərin köçürülməsi tam obyektiv şəraitdə həyata keçirilir
Tarix: 03.04.2013 | Saat: 22:41:00 | E-mail | Çapa göndər


Bakı Dövlət Universitetinin yataqxanalarında müvəqqəti məskunlaşmış məcburi köçkün ailələriy Qaradağ rayonunun Müşfiqabad qəsəbəsi ərazisində yeni salınmış məhəlləyə köçürülməsi həyata keçirilir. Artıq bu günədək 270 ailənin yeni məhəlləyə köçürülməsi təmin edilib və bu proses davam etdirilir. Bu barədə “Azadinform”a “Dövlətqaçqınkom”un Mətbuat xidmətindən verilən məlumatda bildirilir.
Lakin son günlər bəzi müxalifət qəzetlərində bu köçürülmə prosesi ilə bağlı həqiqətə söykənməyən, heç bir əsası olmayan, qərəzli yazılar dərc edilir. Komitədən bildirilir ki, məcburi köçkünlərin yeni mənzillərə köçürülməsi prosesi tam şəffaf, obyektiv şəraitdə, məcburi köçkünlərin özlərinin bilavasitə iştirakı ilə həyata keçirilir: “Belə ki, bu məqsədlə Yasamal Rayon İcra Hakimiyyətinin, Bakı Dövlət Universitetinin, əraziləri işğal olunmuş rayon icra hakimiyyətlərinin, məcburi köçkün icmalarının və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məsul əməkdaşlarından ibarət xüsusi komissiya yaradılıb. Binaların və mənzillərin paylanılması həmin komissiya tərəfindən püşkatma yolu ilə həyata keçirilir. Otaqların sayı ailələrin say tərkibinə uyğun olaraq müəyyənləşdirilir. Köçürülmə prosesi 2009-2010-ju illərdə Bakı Dövlət Universitetinin yataqxanalarında faktiki müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrinin tərtib olunmuş siyahıları əsasında və yeni ailə qurmuş gənc ailələr və yeni anadan olmuş uşaqlar da nəzərə alınmaqla həyata keçirilir”.
Ancaq köçürülmə zamanı köçürülmə obyektində yaşamayan, yerli vətəndaşlarla ailə quraraq köçürülmə ərəfəsində nikahlarını süni şəkildə ləğv etmiş şəxslər, digər ərazilərdə müvəqqəti məskunlaşmış, lakin son vaxtlar mənzil əldə etmək məqsədi ilə yataqxanalarda yaşayan qohumlarının yanına gələn məcburi köçkünlər mənzillə təmin edilmələrini tələb edir, əsassız olaraq müxtəlif şayiələr yayır, təxribatçı hərəkətlərə yol verirlər. Komitədən vurğulanır ki, belə vəziyyətdən isə bəzi müxalifət qüvvələri öz məqsədləri üçün istifadə etməyə, dövlətin məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı həyata keçirdiyi genişmiqyaslı tədbirlərə kölgə salmağa cəhd göstərirlər: “Bütün bunlardan sonra bu cür yazı müəllifləri bir həqiqəti dərk etməlidirlər ki, ölkədəki qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində həyata keçirilən və keçirilməsi nəzərdə tutulan bütün məsələlər Azərbaycan hökumətinin gündəlik nəzarəti altında olduğundan və bu sahədəki işlər sistemli şəkildə həyata keçirildiyindən burada heç bir neqativ hala yol verilmir və yol verilə bilməz. Ona görə də bu cür yazı müəllifləri şər-böhtana yox, yalnız reallığa əsaslanmalıdırlar. Bir daha bildiririk ki, bu cür təxribatçı, şər-böhtan xarakterli yazıların heç bir əsası yoxdur”.





 
Bölməyə aid digər xəbərlər
20.03.2019
Tovuzda şəhid ailələrinə bayram sovqatı paylanıb
19.03.2019
Məcburi köçkün qəsəbələrində Novruz şənlikləri keçirilib
19.03.2019
Qaradağda bayram münasibəti ilə aztəminatlı ailələrə yardım edilib
18.03.2019
Müharibə əlilləri və onlara bərabər tutulanlar üçün bu il əlavə 400-dən çox avtomobil alınıb veriləcək
18.03.2019
Övladlığagötürmə ilə bağlı yeni Qaydaların layihəsi hazırlanır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 Yuliya Naçalova vəfat edib
4 “Bahar“ Qadınlar İnkişaf Qrupuna müasir tikiş maşınları verilib
5 Fransız heykəltəraş Mauro Kordanın sərgisi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info