“2017-ci il və qarşıdakı 3 il ərzində iqtisadi artım proqnozlaşdırılır”
Tarix: 07.12.2016 | Saat: 00:54:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Məclisinin növbəti plenar iclası keçirilib. Gündəliyə Azərbaycanın 2017-ci il üzrə dövlət büdcə zərfi daxil edilib. Üç gün davam edəcək müzakirələrdə “Azərbaycan Respublikasında 2017-ci il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikasında 2017-cı il üçün ehtiyac meyarının həddi haqqında”, “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il büdcəsi haqqında” qanunlara, Milli Məclisin və Hesablama Palatasının 2017-ci il üçün xərclər smetalarına baxılacaq. İclasda bas nazir Artur Rasizadə və hökumət üzvləri də iştirak ediblər.
Milli Məclisin iclasında sədr Oqtay Əsədov bildirib ki, “Dünyanın əksər ölkələrinin iqtisadiyyatında mənfi tendensiyalar, makroiqtisadi problemlər Azərbaycan iqtisadiyyatına da təsir edib”. O qeyd edib ki, neftin qiymətinin 3 dəfə aşağı düşməsi Azərbaycanın valyuta gəlirlərinin azalmasına səbəb olub: “Buna görə də Azərbaycan Mərkəzi Bankının monetar siyasətində müvafiq dəyişiklik edilməsi zərurəti yaranıb. Prezidentin düşünülmüş və uğurlu siyasəti nəticəsində mövcud problemlərə baxmayaraq, ölkə iqtisadiyyatı öz dayanıqlığını qoruyub saxlayıb. 2017-ci il və qarşıdakı 3 il ərzində iqtisadi artım proqnozlaşdırılır. Gələn ilin dövlət büdcəsində qeyri-neft sektorundan daxilolmaların artırılması nəzərdə tutulur. Dövlət Neft Fondundan transfertlər 1,5 milyard manat azaldılaraq 6,1 milyard manat proqnozlaşdırılır. Dövlət Neft Fondundan transfertlərin azaldılması yaxın illərdə də davam edəcək”.

Gömrükdən daxilolmalar 500 milyon manat artacaq

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, Dövlət Gömrük Komitəsinin xətti ilə büdcə daxilolmaları ilə bağlı proqnozlar artımla müşahidə olunur. O bildirib ki, gömrük sistemində aparılan şəffaflıq, islahatlar nəticəsində daxilolmalarla bağlı proqnoz əvvəlki ilə nisbətən 500 milyon manatdan çox artacaq. Bundan əlavə, vergilərin toplanmasında Dövlət Gömrük Komitəsinin xüsusi çəkisi artacaq. Z.Səmədzadə qeyd edib ki, Milli Məclisin komitə üzvləri ilə birlikdə təhlillər aparılıb, 20 ildə ümumi daxili məhsulun miqdarı, gəlirləri, vergi və gömrük xətti ilə daxil olan gəlirlərin ümumi daxili nisbəti araşdırılıb, dünya miqyasında olan ölkələrlə müqayisə edilib.

“Qeyri-neft sektorunun hesabına düşən 75,7 faiz gəlir yüksək rəqəmdir”
Z.Səmədzadə bildirib ki, 2017-ci ilin dövlət büdcəsi üzrə qeyri-neft sektorunun hesabına 75,7 faiz gəlir düşür ki, bu da kifayət qədər yüksək rəqəmdir. O qeyd edib ki, Vergilər Nazirliyində aparılan işlər, şəffaflığın artırılması, elektron xidmətdən istifadə olunması, vergi ödəyiciləri ilə əməkdaşlığın təkmilləşdirilməsi vacib istiqamətlərdən biridir. Bu da büdcə gəlirləri üzrə proqnozların vaxtında yerinə yetirilməsinə əsas yaradır. Z.Səmədzadə bildirib ki, Azərbaycanda büdcə gəlirlərinin illər boyu kəsirsiz formalaşmasında gəlirlərin formalaşmasını həyata keçirən strukturların rolu var. 2016-cı ilin büdcə proqnozlarının icrası və vergi ödəyicilərinə göstərilən xidmətlər, vergi inzibatçılığının təkmilləşdirilməsi və sadələşdirilməsi istiqamətində görülən işlər, müasir texnologiyaların geniş tətbiqi və şəffaflıq prinsiplərinə riayət edilərək aparılan funksional və struktur islahatları 2017-ci ildə də davam etdiriləcək. “Vergilər Nazirliyi xətti ilə işlər aparılır, proqnoz göstəricilərinin ümumi daxili məhsulun 11,7 faiz qismində nəzərə alınması təklif edilir. Büdcə gəlirlərinin yığımında Vergilər Nazirliyi xətti ilə yığılan gəlirlər 45 faiz nəzərdə tutulur. Bu da cari ilin proqnozundan çoxdur”, - deyə Z.Səmədzadə vurğulayıb.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Meksikanın Azərbaycandakı Səfiri Bərdə rayonuna rəsmi səfər edib
15.11.2018
“İkili standartlara əsaslanan bu yanaşma Azərbaycanı Fransa ilə əlaqələri nəzərdən keçirməyə vadar edir”
15.11.2018
Xalq müxalifətin heç bir çağırışına dəstək vermir
15.11.2018
Fransa Minsk qrupunun həmsədrliyindən çıxarılmalıdır
15.11.2018
Yaponiya televiziyasında Azərbaycan haqqında xüsusi veriliş yayımlanıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info