Asiya-Sakit okeanı bölgəsində 500 milyon insan acdır
Tarix: 07.12.2016 | Saat: 16:54:00 | E-mail | Çapa göndər


Asiya-Sakit okeanı bölgəsində yaşayan 500 milyonadək insan acdır. Bu isə region əhalisinin 12 faizi deməkdir.
 
“FAO”nun məruzəsində yer alan məlumata görə görə, bu qənaətə BMT-nin qida və kənd təsərrüfatı təşkilatının (FAO) ekspertləri gəlib.
 
Sənəddə qeyd olunur ki, aclıqla mübarizə templəri azalıb və lazımi tədbirlər görülməsə, 2030-cu ilədək davamlı inkişafın ikinci məqsədi-aclığı problemini həll etmək mümkün olmayacaq. 
 
“Həmin 12 faiz bölgənin ən yoxsul insanlarıdır. Zaman gözləmir, lakin siyasi iradə və kollektiv səylər aclığa qalib  gəlməyə imkan verir”, - deyə təşkilatın regional nümayəndəsi Kundavi Kadiresan söyləyib.

Qeyd edək ki, dünyada aclıqdan əziyyət çəkənlərin 60 faizi Asiya-Sakit okean regionunun payına düşür. Bölgədəki hər üç uşaqdan birinin boyu qəbul edilən qida maddələrinin azlığından qısadır. Məruzə müəlliflərinin qənaətinə görə, Asiya-Sakit okeanı regionunda aclıqla mübarizə bölgə əhalisinin artım templərini nəzərə alaraq, böyük sosial və iqtisadi çətinliklərlə müşahidə olunacaq.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
Ukrayna və İsrail azad iqtisadi zona yaradır
20.01.2019
Terrorçular Malidə BMT-nin düşərgəsinə hücum edərək 8 sülhməramlını öldürüblər
20.01.2019
Ötən il Ukraynada əhalinin sayı 200 min nəfərdən çox azalıb
19.01.2019
Fransada “Sarı jiletlər”in növbəti aksiyası keçirilir
19.01.2019
Türkiyə hərbçiləri Suriyada “YPG“ terrorçularına layiqli cavab veriblər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
5 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info