ADPU-da “Kaspi” Təhsil Şirkətinin “Kaspi Təcrübə Proqramı”nın təqdimatı keçirilib
Tarix: 07.12.2016 | Saat: 18:04:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) kiçik akt zalında “Kaspi”Təhsil Şirkətinin “Kaspi Təcrübə Proqramı”nın təqdimatı keçirilib. ADPU-nun Tədris işləri üzrə prorektoru, professor Malik Cəbrayılov təqdimatı giriş sözü ilə açaraq bildirib ki, “Kaspi” Təhsil Şirkəti tanınmış və nüfuzlu təhsil şirkətidir. Hazırda “Kaspi” Təhsil Şirkəti pedaqojiyönümlü təhsil alan tələbələr üçün “Kaspi Təcrübə Proqramı”nı həyata keçirir. ADPU-da keçirilən bu təqdimatın məqsədi də tələbələri “Kaspi Təcrübə Proqramı” ilə tanış etmək və onları bu proqram barədə məlumatlandırmaqdır.
“Kaspi” Təhsil Şirkətinin İctimaiyyətlə əlaqələr şöbəsinin mütəxəssisi Afaq İbrahimova çıxış edərək təqdimatın təşkil edilməsinə görə ADPU-nun rəhbərliyinə təşəkkür edib. Bildirib ki, “Kaspi” Təhsil Şirkəti 2007-ci ildən fəaliyyət göstərir. Gənclərə mükəmməl təhsil verməyi qarşısına əsas məqsəd qoyan şirkətin hazırda 10 filialı, 2 uşaq bağçası və 2 liseyi var. Bakı şəhəri ilə yanaşı, şirkətin Gəncə və Sumqayıt şəhərlərində də təhsil mərkəzləri fəaliyyət göstərir.
“Kaspi” Təhsil Şirkətinin İnsan resursları şöbəsinin mütəxəssisi Lalə Ələkbərli və Həvayət Quliyeva çıxış edərək “Kaspi Təcrübə Proqramı”nın mahiyyəti və xüsusiyyətləri barədə məlumat veriblər. Bildiriblər ki, “Kaspi” Təhsil Şirkəti artıq 3 ildir ki, adıçəkilən təcrübə proqramını həyata keçirir. Bu, şirkət tərəfindən həyata keçirilən sayca 5-ci təcrübə proqramıdır. Proqramda ali təhsilin bakalavriat pilləsinin III, IV tədris ili tələbələri və magistratura pilləsinin I kursunda təhsil alan magistrantlar iştirak edə bilərlər. Təcrübə proqramına qoşulmaq istəyən tələbələr iki mərhələdən ibarət (imtahan və müsahibə) müsabiqədən keçərək proqramda iştirak etmək hüququ qazana bilərlər. Təcrübə proqramının həyata keçirilməsində məqsəd iş axtarışı zamanı iş təcrübəsinin olmaması səbəbindən çətinliklərlə qarşılaşan tələbələrə real tədris-təlim mühitində təcrübə qazandırmaq, həm də “Kaspi” Təhsil Şirkətinin müvafiq kadrlara olan tələbatını ödəməkdir. Fevral-mart-aprel aylarını əhatə edəcək proqram “Kaspi” Təhsil Şirkətinin filiallarında, bağça və liseylərində həyata keçiriləcəkdir. Təcrübə proqramı Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat, kimya, fizika, coğrafiya, biologiya, tarix, ingilis dili, rus dili, ibtidai sinif və məktəbəqədər təhsil ixtisaslarını əhatə edəcəkdir. Proqram zamanı tələbələr dərslərdə müşahidəçi qismində iştirak edəcək, ayda bir dəfə sərbəst dərs hazırlayaraq təqdim edəcək, dərsdənkənar məşğələlərin təşkil olunmasında, dərs materiallarının və dərs planının hazırlanmasında, həmçinin valideynlərlə işin aparılmasında bilavasitə iştirak edəcəklər. Proqramda iştirak edən tələbələr yüksəkixtisaslı müəllimlərin nəzarəti altında təcrübə keçərək peşəkar bacarıqlarını artırmaq imkanı əldə edəcəklər. Təcrübəçilərin şirkət tərəfindən günorta yeməyi və yol xərcləri ilə təmin edilməsi nəzərdə tutulur. Proqram başa çatdıqdan sonra təcrübəçinin ümumi iş fəaliyyətinin dəyərləndirməsi aparılacaq, ən yaxşı tələbələr işlə təmin olunmaq imkanı əldə edəcək, digərlərinə isə sertifikatlar veriləcək. Qeyd edək ki, ötən iki il ərzində təcrübə proqramında iştirak edənlərin 69%-i “Kaspi” Təhsil Şirkətinin mərkəzlərində işlə təmin olunmuşdur.
Təqdimatda tələbə-gənclərin təcrübə proqramı ilə bağlı sualları cavablandırılıb.




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Bakcell”in dəstəyi ilə keçirilmiş M.A.P. Festivalı teatr həvəskarlarına unudulmaz təəssüratlar bəxş edib
13.11.2018
Gömrük əməkdaşları üçün seminar təşkil edilib
13.11.2018
“Dini radikalizmi doğuran əsas səbəblərdən biri İslam haqqında biliklərin az olmasıdır“
13.11.2018
“Nərimanov“ elektrik deposunda qatarlara texniki baxış sahəsi yenidən qurulur
13.11.2018
1100-dək kiçik ailə təsərrüfatı yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info