Milli Kitabxana tərəfindən nəşr edilən biblioqrafiyalar Ədəbiyyat İnstitutuna hədiyyə edilib
Tarix: 07.12.2016 | Saat: 18:38:00 | E-mail | Çapa göndər


M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası tərəfindən son on ildə nəşr edilən biblioqrafiyalar Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutuna hədiyyə edilib. Bu münasibətlə dekabrın 7-də Ədəbiyyat İnstitutunda keçirilən tədbirdə bu elm müəssisəsinin direktoru, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli ölkəmizdə kitab və kitabxana işinin təşkili və inkişafı sahəsində görülən işlər barədə məlumat verib. Akademik İ.Həbibbəyli Azərbaycan Milli Kitabxanasının son illərdə həyata keçirdiyi əhəmiyyətli layihələrdən, elmin, mədəniyyətin tədqiqində əvəzsiz rol oynayan fundamental biblioqrafiyaların çapının əhəmiyyətindən, kitabxananın ölkənin ictimai həyatında fəal iştirakından, ədəbiyyatımızın və mədəniyyətimizin, mənəvi dəyərlərimizin təbliğində rolundan danışıb. İ.Həbibbəyli kitabxana tərəfindən instituta təqdim olunan biblioqrafiyaların ədəbiyyatımızın təbliğində və tədqiqində böyük rol oynayacağını bildirib. Milli Kitabxananın direktoru Kərim Tahirov iki qurum arasında əlaqələrin gələcəkdə daha da genişləndirilməsinin vacibliyini vurğulayib. Qeyd olunub ki, Ədəbiyyat İnstitutuna təqdim edilən 42 adda 168 nüsxədən ibarət biblioqrafiya Azərbaycanın görkəmli şəxsiyyətləri seriyasından çap olunan, N.Gəncəvi, Ü.Hacıbəyli, İ.Əfəndiyev, Q.Qarayev, S.Vurğun, B.Vahabzadə, Elçin haqqında biblioqrafik məlumatlar və digər fundamental biblioqrafiyalar, eyni zamanda elm, mədəniyyət və başqa sahələrə aid sahəvi və şəxsi biblioqrafiyalardır. AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktoru Leyla İmanova instituta hədiyyə olunan nəşrlərin Milli Rəqəmsal Yaddaşa da daxil edilməsinin vacibliyini vurğulayıb. Professorlar Şirindil Alışanlı, Asif Rüstəmli və digər çıxış edənlər Milli Kitabxana ilə əməkdaşlığın elmimizə faydasından danışıblar.




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər”
14.11.2018
Slovakiyalı qonaqlar Qobustan qoruğundan xoş təəssüratla ayrılıblar
14.11.2018
Monitorinq Mərkəzi ədəbi dildə norma pozuntularının aradan qaldırılması yollarını müəyyənləşdirəcək
14.11.2018
2018-ci ilin oktyabr ayı ərzində Dövlət Miqrasiya Xidmətinə 47 min 985 müraciət qeydə alınıb
14.11.2018
Xəzərdə qəfəs tipli balıq təsərrüfatlarının yaradılması üçün qanunvericilikdə dəyişikliklər edilməlidir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10468

1 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
2 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
3 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info