ABŞ polisi ərəb tələbəni öldürüb
Tarix: 07.12.2016 | Saat: 18:41:00 | E-mail | Çapa göndər


ABŞ-ın Ohayo ştatında polis əməkdaşı Birləşmiş Ərəb Əmirliklərindən olan tələbəyə atəş açaraq qətlə yetirib.  
 
“Röyters”in verdiyi xəbərə görə, insident dekabrın 4-də baş verib. Polisə avtomobil yollarından birində yol hərəkəti qaydalarının pozulması barədə məlumat daxil olub. Polisdən verilən xəbərə  görə, yolda təhlükəli manevrlər edən avtomobil idarəetməni itirərək aşıb, sürücü isə qaçaraq yaxınlıqdakı meşə zolağında gizlənib. Tələbə ilə onu aşkarlayan polis arasında ziddiyyət yaranıb, nəticədə asayiş keşikçisi xidməti silahdan atəş açaraq gənci başından yaralayıb.  Tələbə hadisə yerində ölüb.     
 
Klivlend Universitetin tələbəsi 26 yaşlı Saif Nasser Mübarək Alamerinin ölümü qətl kimi araşdırılır.  Onu öldürən polis əməkdaşı xidmətdən kənarlaşdırılıb. Məlumata görə, insident zamanı polis də yüngül xəsarətlər alıb. 

Tural




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Miqrantlar ABŞ ve Meksika arasında olan sərhəd hasarına çıxdılar
15.11.2018
Yaponiya yaxın 5 ildə 345 minədək əcnəbi işçi qəbul edə bilər
15.11.2018
Rusiya ilə danışıqlar 1956-cı ilin bəyanatı üzərində qurulub
14.11.2018
Mari Le Pen Makron və Merkelə qarşı: Avropa ordusu heç bir halda meydana çıxmamalıdır
14.11.2018
Fransa hökumətində Donald Trampın tənqidi tvitlərinə şərh veriblər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10476

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 “Gedir dayanmadan zamanın köçü”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info