ABŞ-da erməni işğalına qarşı etiraz aksiyası keçirilib
Tarix: 07.12.2016 | Saat: 18:42:00 | E-mail | Çapa göndər


ABŞ Konqresinin “Reybern” binasında qondarma “Dağlıq Qarabağın müstəqillik günü”nü bayram edən ermənilərin illik şousu təşkil edilib. Tədbir Xankəndidəki oyuncaq rejimin oyuncaq ofisi, Amerika Milli Erməni Komitəsi, öz büdcəsini ABŞ-ın erməni icmasının hesabına dolduran Amerika Erməni Assambleyası kimi qarşılıqlı əlaqəli qurumlar şəbəkəsi və Ermənistan Respublikasının əslində özü müstəqil dövlət olmayan bir ölkəni təmsil edən səfirliyi tərəfindən təşkil edilib. Qarabağın azərbaycanlı əhalisinə qarşı etnik təmizləməni və beynəlxalq hüquq normalarının digər ciddi pozulmalarını bayram etmək üçün keçirilən növbəti şouya Yerevandan oyuncaq rejimin “baş naziri” Araik Arutyunyan da gəlmişdi.
Bu şouya etiraz əlaməti olaraq Vaşinqtonun və onun ətraf rayonlarının azərbaycanlı icmasının nümayəndələrinin protest aksiyası keçirilib. Nümayişçilərin əllərindəki plakatlarda oraya gələnlərin və ABŞ Konqresi üzvlərinin diqqəti Ermənistan tərəfindən Azərbaycana qarşı təcavüz barədə faktlara, Azərbaycan ərazilərinin işğal edilməsinin nəticələrinə dair statistik məlumatlara, Ermənistanın vassal olması, onun siyasi kursunda müstəqillik olmaması, Xocalı qırğını, BMT Təhlükəsizlik Şurasının qətnamələri haqda məlumatlara cəlb edilirdi.
Erməni lobbi təşkilatları artıq bir neçə həftə idi ki, qanunvericilərə məktublar göndərir, onları şirnikləndirərək bu tədbirə cəlb etməyə çalışırdı. Lakin onların səyləri nəticə verməyib. ABŞ Azərbaycanlıları Şəbəkəsi qanunvericilərini erməni təcavüzü barədə məlumatlandırmaq üçün yazılı kampaniya keçirib və konqresin nümayəndələrini bu oyuncaq rejimi ABŞ paytaxtında reklam edən vəzifəli ermənilərə məhəl qoymamağa və siyasəti ABŞ-ın milli maraqlarına zidd olan Ermənistanı pisləməyə çağırıb.

Tural




 
Bölməyə aid digər xəbərlər
27.06.2019
ABŞ-da “Müsəlmanlar üçün viza qadağası”na etiraz aksiyası keçirilib
27.06.2019
Tramp və Putin arasında keçiriləcək görüşün vaxtı məlum oldu
27.06.2019
Səudiyyə Ərəbistanının HHM qüvvələri Yəməndən buraxılmış PUA-nı vurub
26.06.2019
Ruhani: “Regionda gərginliyin kəskinləşməsinin əsl səbəbkarı ABŞ hökumətidir“
26.06.2019
Hulusi Akar Mark Esper ilə görüşüb

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10817

1 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
2 Heydər Əliyev və bələdiyyələr
3 Tarix müəllimi Könül Əliyeva: “Əməkhaqqının artırılması bizim əməyimizə verilən böyük qiymət və dəyərdir”
4 Əli Nağıyev DTX rəisi təyin edildi
5 Vilayət Eyvazov daxili işlər naziri təyin edilib


27.06 12:16
© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info