BANM-in tələbələri Əbu-Dabi Neft İnstitutunda ödənişsiz magistr təhsili alacaq
Tarix: 07.12.2016 | Saat: 18:57:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımovun başçılıq etdiyi nümayəndə heyəti Heriot-Vatt Universitetinin (HVU) rəhbərliyi ilə ikitərəfli əməkdaşlıq və Əbu-Dabi Neft İnstitutu ilə əməkdaşlıq perspektivlərini müzakirə etmək məqsədi ilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi və Dubay şəhərlərinə səfər ediblər. Səfər zamanı HVU-nun rektoru, professor Riçard Viliamsın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə əməkdaşlığın strateji istiqamətləri və perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb, həmçinin mövcud əməkdaşlığın magistratura səviyyəsinə genişləndirilməsi ilə bağlı konkret işlərin görülməsi zəruriliyi qeyd olunub. Görüşdə, o cümlədən bakalavr təhsil səviyyəsi ilə əlaqədar olan mövcud müqaviləyə dəyişiklik ilə bağlı tərəflər arasında razılaşma imzalanıb.
Səfər zamanı rektor Elmar Qasımov və nümayəndə heyəti HVU-nun Dubay kampusunun məzun mərasimində iştirak ediblər. Daha sonra HVU-nun Dubay kampusu, xüsusilə tədris binaları, auditoriyalar və laboratoriyalar ilə tanış olan nümayəndə heyəti professor-müəllim heyəti ilə də görüşüblər.
Səfərin sonuncu günü BƏƏ-nin Əbu-Dabi şəhərində yerləşən Neft İnstitutunun prezidenti Dr. Tomas Hoçstetlerin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub. Görüş çərçivəsində Neft İnstitutu və BANM arasında mümkün əməkdaşlıq istiqamətləri müzakirə olunub və gələcəkdə BANM tələbələrinin Əbu-Dabi Neft İnstitutunda magistr təhsil səviyyəsində ödənişsiz təhsil almaları barəsində ilkin razılıq əldə olunub. Daha sonra nümayəndə heyəti Neft İnstitutunda tədrisin həyata keçirilməsi, xüsusilə də, İnstitutun laboratoriyaları ilə tanış olublar.
Nigar




 
Bölməyə aid digər xəbərlər
23.03.2019
Naxçıvanlı məktəblilər “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Bakıya gəliblər
22.03.2019
İtaliyanın “Agenzia Nova” saytı Novruz bayramının adət-ənənələrindən yazır
20.03.2019
Bayramın ikinci günündə hava əsasən yağmursuz keçəcək
20.03.2019
Kiyevdə keçirilən Novruz şənliyində Azərbaycanın milli mətbəx nümunələri təqdim olunub
20.03.2019
Vaşinqtondakı Azərbaycan məktəbində Novruz bayramı qeyd olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Prezident və xanımı Bakıda Novruz şənliyində


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info