S. Novruzov: “Azərbaycan neft strategiyasından ən uğurlu istifadə edən ölkələrdən biri olub”
Tarix: 07.12.2016 | Saat: 19:42:00 | E-mail | Çapa göndər


Büdcədə sosial sahəyə ayrılan vəsaitin dəyişməməsi çox yaxşı haldır. Sosial sahə ilə bağlı gedən proseslər davamlı şəkildə həyata keçirilir”. Bunu Milli Məclisinin bu gün keçirilən növbəti plenar iclasında 2017-ci il üzrə büdcə zərfinin müzakirəsi zamanı millət vəkili Siyavuş Novruzov deyib. Onun sözlərinə görə, 2017-ci ilin büdcəsi hazırlanarkən bütün imkanlar nəzərə alınıb: “Büdcə layihəsi qanunvericiliyin tələblərinə uyğun olaraq təqdim olunub”. 2016-cı ildə Milli Məclisin qəbul etdiyi qanun və dəyişikliklərin iqtisadiyyatın inkişafına, vergi, maliyyə- kredit sisteminin formalaşmasına və sosial sahələrə həsr olunduğunu deyən S. Novruzov bildirib ki, bu müddət ərzində qəbul olunan qanunlar nəticəsində  Azərbaycan iqtisadiyyatı  daha da inkişaf edəcək.
Bununla belə millət vəkili vurğulayıb ki, digər sahələrdə islahatlar aparılmalıdır: “İlk növbədə kiçik və orta sahibkarlığa yaşıl işıq yandırılmalı, bəzi hallarda kiçik sahibkarlar vergidən azad edilməli, orta sahibkarlıq üçün isə vergi dərəcələri aşağı salınmalıdır. Bu, növbəti il üçün yeni gəlirlərin əldə olunmasına imkan yarada bilər”. S. Novruzov əlavə edib ki, Azərbaycan neft strategiyasından ən uğurlu istifadə edən ölkələrdən biri olub: “Neftin qiyməti baha olan zaman bir qrup insan hesab edirdi ki, neft gələcək nəsillərə, bir qismi isə düşünürdü ki, Dövlət Neft Fonduna yığılmalıdır. Lakin Azərbaycan dövləti ölkə başçısının rəhbərliyi ilə neft strategiyasını düzgün həyata keçirərək, sosial sahəyə diqqət ayırdı, nəticə etibarı ilə ölkədə 3 mindən artıq məktəb,  600 xəstəxana və diaqnostika mərkəzi, 100-ə yaxın idman obyekti tikildi, yollar, körpülər salınıb”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur
20.09.2018
ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşı Beynəlxalq Forumda iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info