“Ermənilər işğal olunmuş ərazilərdə müsəlman abidələrini, mədəni, sosial obyektləri dağıdıblar”
Tarix: 07.12.2016 | Saat: 20:34:00 | E-mail | Çapa göndər


Dekabrın 7-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və təcavüzkarlıq siyasətinin mərhələləri haqqında beynəlxalq ictimaiyyətin məlumatlandırılması” mövzusunda beynəlxalq konfrans keçirilir.
Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov konfransda iştirak edir.
ABŞ-ın aparıcı ali məktəblərinin 45 tələbə və doktorantının, Amerika-İsrail akademik təşkilatının – KIVUNIM-ın nümayəndələrinin iştirakı ilə keçirilən konfransı Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və “Qarabağ Araşdırmalar Mərkəzi” İctimai Birliyi təşkil ediblər.
Konfransı açan Dövlət İdarəçilik Akademiyasının dosenti, “Qarabağ Araşdırmalar Mərkəzi” İctimai Birliyinin sədri Elçin Əhmədov tədbirin önəmi, rəhbərlik etdiyi Mərkəzin fəaliyyət istiqamətləri barədə məlumat verib.
Sonra Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov çıxış edərək akademiyanın fəaliyyəti, həmçinin ölkəmizin ötən illərdə müxtəlif sahələrdə əldə etdiyi uğurlardan bəhs edib.
Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov konfransda çıxış edərək ölkəmiz haqqında məlumat verib. Əli Həsənov Azərbaycanın siyasi, iqtisadi, humanitar göstəricilərə görə regionun lider dövləti olduğunu söyləyib.
Azərbaycandakı multikultural və tolerant mühit barədə danışan Prezidentin köməkçisi ölkəmizdə müsəlmanlarla yanaşı, digər dinlərin və millətlərin nümayəndələrinin mehriban şəkildə yaşadığını, onların öz ibadətlərini sərbəst şəkildə yerinə yetirmələri üçün hər cür şərait yaradıldığını deyib. Əli Həsənov vurğulayıb ki, bu gün Azərbaycan multikulturalizmi bütün dünyada nümunə göstərilir. Azərbaycanda digər dinlərə ibadət edənlərə hörmətlə yanaşılır. Bu da Azərbaycan cəmiyyətindəki multikultural ənənələrə söykənir.
Əli Həsənov Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətindən, işğal olunmuş ərazilərimizdə törətdiyi vəhşiliklərdən söhbət açıb. Qeyd edib ki, ermənilər Azərbaycanın işğal olunmuş ərazilərində bütün müsəlman abidələrini, mədəni, sosial obyektləri dağıdıblar.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
İN: Qondarma qurumun ABŞ ərazisində təşviqi bu ölkənin Minsk qrupunun həmsədri kimi öhdəlikləri ilə ziddiyyət təşkil edir
17.11.2018
ATƏT-in Minsk qrupu işğalçı Ermənistana təzyiq göstərmək üçün bütün alətlərdən maksimum istifadə etməlidir
17.11.2018
Ermənistan Belarus və Qazaxıstanla KTMT-də müttəfiq dövlət olmasına baxmayaraq, ciddi tərəfdaş kimi qəbul olunmur
17.11.2018
Rəsmi Bakı: Belə qərəzli addımlar Fransanın Minsk qrupunun həmsədri kimi üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır
17.11.2018
Fransalı deputatların Saakyanla mümkün görüşü Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi statusuna zidd olacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info