R.Quliyev: “Yol xəritələri” ölkə iqtisadiyyatının bərabər və dinamik inkişafına xidmət edəcək”
Tarix: 07.12.2016 | Saat: 20:40:00 | E-mail | Çapa göndər


Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi ölkə iqtisadiyyatının bərabər və dinamik inkişafına xidmət edəcək. Bu sözləri millət vəkili Rüfət Quliyev deyib: “Azərbaycanın sosial-iqtisadi modeli unikaldır, çünki biz həmişə qarşımıza məqsəd qoyuruq və onlara çatırıq. Bu sənəddə həm uzunmüddətli, həm də qısamüddətli məsələlər əksini tapıb. “Yol xəritəsi” iqtisadiyyatın bərabər və dinamik inkişafına xidmət edəcək”.
Millət vəkili əlavə edib ki, əsas məsələ bu sənəddə kiçik və orta sahibkarlığın inkişafının əks olunmasıdır. R.Quliyev deyib: “Dövlət başçısı dəfələrlə qeyd edib ki, biz kiçik və orta sahibkarlığı inkişaf etdirməliyik. Demək olar ki, bu məsələ “yol xəritəsi”nin leytmotivini təşkil edir. Bütün inkişaf etmiş ölkələrdə - ABŞ, Almaniya, hətta Yaponiyada kiçik və orta biznesin xüsusi çəkisi ÜDM-in 50-70 faizini təşkil edir. İspaniya və Portuqaliya kimi ölkələrdə isə bu göstərici daha da yüksəkdir. Bizdə hələ ki, belə göstəricilər yoxdur. Bəli, bizdə iri şirkətlər var - Gilan Holding, PASHA Holding, Akkord Holding. Bu şirkətlər uzun müddətdir ki, Asiya və Avropada investisiyalar yerləşdirir. Gilan Holding öz məhsulunu dünyanın 60 ölkəsinə ixrac edir”.
Deputat qeyd edib ki, ölkənin iqtisadiyyatını təkcə iri holdinqlər deyil, həm də kiçik və orta müəssisələr müəyyən edir. R.Quliyev sahibkarlığın inkişafı üçün onun təbliğatının da vacib olduğunu deyib. O, kütləvi informasiya vasitələrində, televiziyalarda sahibkarlığa aid mövzuların işıqlandırılmasını təklif edib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Lerik və Yardımlıda elektrik enerjisi infrastrukturu yenidən qurulur
24.09.2018
Neftin qiyməti 100 dollara yüksələcək
24.09.2018
Nazir: “Azərbaycan aqrar sahənin inkişafı üçün müvafiq strategiya hazırlayıb”
24.09.2018
Azərbaycan-Rusiya İşgüzar Şurasının iclası keçirilib
24.09.2018
TAP-ın Yunanıstan və Albaniya marşrutunda boruların 97 faizi qaynaqlanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info