Hərbi attaşelər üçün illik yekun toplantı keçirilib
Tarix: 07.12.2016 | Saat: 20:48:00 | E-mail | Çapa göndər


Dekabrın 7-də xarici ölkələrin silahlı qüvvələrinin Azərbaycanda akkreditə olunan hərbi attaşeləri üçün illik yekun toplantı keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, toplantıda 30 ölkədən 32 nümayəndə iştirak edib.
Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi, general-mayor Hüseyn Mahmudov tədbir iştirakçılarına regiondakı hərbi-təhlükəsizlik vəziyyəti, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti, eləcə də Silahlı Qüvvələrimizdə aparılan islahatlar, inkişaf perspektivləri, beynəlxalq hərbi əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib. Sonra idarə rəisi hərbi attaşelərinin çoxsaylı suallarını cavablandırıb.
Bakı Hərbi Attaşelər Assosiasiyasının duayeni, Rumıniya Respublikası Silahlı Qüvvələrinin hərbi attaşesi, polkovnik Rodin Lazariou belə tədbirlərin keçirilməsinə görə həmkarları adından Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib. O, səmərəli əməkdaşlığın gələcəkdə də davam edəcəyinə ümidvar olduğunu vurğulayıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
26.04.2019
“Acer” yeni noutbuk modellərini təqdim etdi
26.04.2019
ATU-da İctimai Nəzarət və Məsləhət Şurasının üzvüləri növbəti reyd-yoxlamalar keçirib
26.04.2019
Tanınmış həkim Azərbaycanı beynəlxalq konfransda təmsil edib
26.04.2019
“Mənəviyyat tariximizin örnəyi” mövzusunda konfrans keçirilib
26.04.2019
Özbəkistan nümayəndə heyətinin ölkəmizə səfəri uğurlu olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10760

1 Tarixin ibrət dərsləri...
2 Artıq bəzi sözlər yeni qaydalar əsasında yazılmalıdır
3 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
4 “Israel Hayom” qəzeti: “Azərbaycan müqəddəs Odlar Yurdudur”
5 Yusif Babanlı İTV Yayım Şurasına yeni üzv seçilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info