Ziyad Səmədzadə: “Yol xəritələrinin başlıca məqsədi Azərbaycan iqtisadiyyatının dayanıqlığını təmin etməkdir”
Tarix: 07.12.2016 | Saat: 21:47:00 | E-mail | Çapa göndər


“Azərbaycan iqtisadiyyatı yeni inkişaf mərhələsinə daxil olub”. Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib. Onun sözlərinə görə, bu mərhələnin əsas xüsusiyyətləri ondan ibarətdir ki, qloballaşan dünya iqtisadiyyatında çox böyük sarsıntılar baş verir: "Bu sarsıntılar ölkələrin iqtisadi potensialını zəiflədir, sosial gərginliyə səbəb olur. Eyni zamanda onu da qeyd etmək lazımdır ki, dünya bazarında neftin qiymətləri çox sürətlə aşağı düşüb. Qiymətlərin aşağı düşməsi neft hasil edən ölkələrin gəlirlərinə də mənfi təsir göstərib. Belə bir şəraitdə hər bir ölkə, o cümlədən Azərbaycan yeni çağırışlara uyğun olaraq öz iqtisadi siyasətində müəyyən dəyişikliklər etməyi vacib sayır".
Azərbaycanda son illərdə bilavasitə dövlət başçısının təşəbbüsü ilə iqtisadi islahatların dərinləşməsi üçün konkret addımların atıldığını deyən Z.Səmədzadə bildirib ki, bununla bağlı kifayət qədər sərəncam imzalanıb:
"Bu sərəncamlarda da iqtisadi fəallığı artırmaq, ölkə iqtisadiyyatının neft sektorundan asılılığını aşağı salmaq, daxili bazarı qorumaq, milli iqtisadiyyatı inkişaf etdirmək, ölkənin iqtisadi təhlükəsizliyinə təsir edən pul, kredit, valyuta sistemində tarazlığın təmin olunması ilə əlaqədar görülən tədbirlər öz əksini tapıb. Bütün bunlar ona yönəlib ki, bu şok vəziyyət, qlobal sarsıntılar, dünya iqtisadiyyatında baş verən xoşagəlməz meyillər, neft gəlirlərinin aşağı düşməsi ilə bağlı iqtisadiyyatımıza dəyən ziyan azalsın. Ona görə Prezidentin təşəbbüsü ilə müvafiq strukturlara mart ayında yol xəritələrinin hazırlanması tapşırılıb. Həmin strukturlar da bunu hazırlayıb".
Yol xəritələrinin hazırlanması ilə bağlı keçirilən bir neçə iclasda iştirak etdiyini deyən komitə sədri hesab edir ki, strateji yol xəritələri Prezidentin fərmanında sadalanan istiqamətlər üzrə hazırlanıb: "Hazırlanan sənədlər mütərəqqi prinsiplərə, metodlara əsaslanır. Başlıca məqsəd ondan ibarətdir ki, Azərbaycan iqtisadiyyatının dayanıqlığı təmin edilsin, keyfiyyətli həyat, iqtisadi inkişaf göstəricilərinə nail olmaq üçün yeni imkanlar açılsın. Hesab edirəm ki, bu sənədlərin hazırlanması və Prezident tərəfindən imzalanması çox müsbət addımdır. Şübhəsiz ki, hədəflər dəqiqləşdiriləcək. Bu istiqamətdə konkret işlər görülür. Hər bir hədəfin ünvanlı olması, onun maliyyə resursları ilə təmin edilməsi imkan verəcək ki, Azərbaycanın gələcəyə istiqamətlənmiş strategiyası daha dəqiq olsun və reallıqlara cavab versin".

Nigar




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Xələf Xələfov Xəzər dənizi məsələləri üzrə səlahiyyətli nümayəndə təyin edilib
14.11.2018
Savelyev: “Rusiya ilə Azərbaycanın münasibətləri bu potensialın reallaşdırılmasının parlaq nümunəsidir”
14.11.2018
Bakıda MDB daxili işlər orqanlarının iclası keçirilir
14.11.2018
Dövlət Komitəsinin nümayəndə heyəti Los-Ancelesdə görüşlər keçirib
14.11.2018
Qarabağa qanunsuz səfər edən Avropa Parlamentinin üzvü Albaniyada arzuolunmaz şəxs elan olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10474

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info