TUMİB Şəmkirdə sağlam həyat tərzini təbliğ edib
Tarix: 07.12.2016 | Saat: 22:55:00 | E-mail | Çapa göndər


“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi (TUMİB) Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Gəncliyini qoru gələcəyin üçün!" adlı layihəyənin icrasına başlayıb. Layihə çərçivəsində ilk tədbir Şəmkir şəhərində yerləşən Nizami Gəncəvi adına şəhər tam orta məktəbdə keçirilib.

Şəmkir şəhər Gənclər və İdman İdarəsinin rəisi Emin İsmayılov gənclərin cəmiyyətin həyatında mühüm rol oynadığını bildirib. E.İsmayılov deyib ki, Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasəti bu kateqoriyaya daxil olan insanların potensialının tam olaraq üzə çıxmasına xidmət edir. İdarə rəisi vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq sayəsində ölkəin ictimai həyatında gənclərin rolunu artırmağın mümkün olduğuna inandığını bildirib.

“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin sədri Çingiz Bayramov deyib ki, layihənin məqsədi gənclər arasında sağlam həyat tərzi və reproduktiv sağlamlıq mövzusunda maarifləndirmə işi aparmaqdır. Ç.Bayramov qeyd edib ki, gənclər zərərli vərdişlərdən uzaq qalmaqla cəmiyyətin inkişafına layiqli töhfə verə bilərlər: “Hökumətin dəstəyi ilə sağlam həyat tərzi və reproduktiv sağlamlıq sahəsində gənclər arasında ciddi iş görülür. Bir QHT olaraq, biz də bu prosesdə iştirak etmək, Azərbaycanın gələcəyi üçün sağlam nəsillərin yetişməsinə öz töhfəmizi vermək istəyirik. “Sağlam bədəndə sağlam ruh olar!” devizi hər birimizin həyat amalına çevrilməlidir”.

Ç.Bayramov gəncləri sağlam həyat tərzi keçirməyə, zərərli vərdişlərdən uzaq olmağa, davamlı mütaliə etməyə və öz üzərlərində işləməyə çağırıb. Natiq deyib ki, hər bir insan öz sağlamlığının qeydinə qalmalı, cəmiyyətə daha çox fayda vermək barədə düşünməlidir.

Gənclərin cəmiyyətin avanqard hissəsi olduğuna diqqət çəkən layihənin eksperti Seymur Verdizadə bldirib ki, insan iradəsi bütün neqativ meyllərə qalib gəlməyə qadirdir. S.Verdizadə deyib ki, sağlam həyat tərzi keçirmək hər bir gəncin borcudur: “Bir insan olaraq, bizim həm dövlətimizin, həm də ailə üzvlərimizin qarşısında öhdəliklərimiz var. Bu öhdəlikləri yerinə yetirmək üçün düzgün həyat tərzi keçirməli, sağlam məntiqə əsaslanan qərarlar qəbul etməliyik. Biz ancaq sağlam həyat tərzi keçirməklə bu vəzifələrin öhdəsindən gələ bilərik”.
Şəmkir rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Turanə Məmmədova vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın faydalı olduğuna diqqət çəkib. T.Məmmədova deyib ki, QHT-lərin iştirakı ilə keçirilən müzakirələr gənclərin nitq mədəniyyətinin formalaşmasına müsbət təsir göstərməklə yanaşı, həm də onların ictimai həyatdakı rolunu artırır. İcra Hakimiyyətinin nümayəndsi analoji layihələri bundan sonra da dəstəkləməyə hazır olduqlarını bildirib.




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Yol polisi Bakıda yük daşıma fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələri sahiblərinə müraciət edib
12.11.2018
Dövlət Gömrük Komitəsinin Akademiyasında Konstitusiya Günü qeyd olunub
12.11.2018
Bakıdan Misirin Şarm əl-Şeyx şəhərinə birbaşa çarter reysi açılıb
12.11.2018
Daşkənddə Dövlət Bayrağı Günü qeyd olunub
08.11.2018
Yük maşınlarının Bakıya daxil olması üçün marşrutlar müəyyən edilib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10456

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info