Biləsuvarda Qadın Resurs Mərkəzi istifadəyə verilib
Tarix: 08.12.2016 | Saat: 00:09:00 | E-mail | Çapa göndər


Biləsuvardakı Heydər Əliyev Mərkəzində “Gender bərabərliyinin və qadın hüquqlarının təşviqində vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi” mövzusunda tədbir keçirilib, Qadın Resurs Mərkəzinin açılışı olub.
Tədbirdə çıxış edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev bildirib ki, Azərbaycan qadını iradəsi, mərdliyi, saflığı və sədaqəti ilə xalqımızın milli-mənəvi dəyərlərinin qorunub saxlanması və formalaşmasında həmişə müstəsna rol oynayıb. Vurğulanıb ki, Biləsuvar rayonunda da qadınlar ictimai həyatda yaxından iştirak edirlər. Bu gün rayonda əhalinin 49972 nəfərini qadınlar təşkil edir. Təhsil, səhiyyə, mədəniyyət sahəsində çalışanların 75-80 faizi qadın və qızlardan ibarətdir. Diqqətə çatdırılıb ki, Biləsuvarda Qadın Resurs Mərkəzinin istifadəyə verilməsi rayon üçün xüsusi əhəmiyyət kəsb edir. Mərkəzin açılışı rayonda qadınların ictimai fəallığının daha da artırılmasında müstəsna rol oynayacaq. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova çıxış edərək bildirib ki, Biləsuvar Qadın Resurs Mərkəzinin istifadəyə verilməsində məqsəd qadınların sosial həyatda fəal iştirakını gücləndirməyə kömək etməkdən ibarətdir. Mərkəz qadınların iqtisadi, sosial təşəbbüslərini planlaşdırmaq və əlaqələndirmək, bacarıqlarının inkişafı, sahibkarlıq fəaliyyəti, peşə təhsili və özünüifadə üzrə müxtəlif imkanlarla təmin etmək üçün ictimai platforma kimi fəaliyyət göstərəcək. Sədaqət Qəhrəmanova məlumat verib ki, bu günədək Qadın Resurs mərkəzləri 416 qadını özündə birləşdirir. Mərkəzlərdə 350-dən çox qadın üçün təlim təşkil edilib, qadınlar tərəfindən idarəolunan 50-dən artıq biznes layihəyə kömək göstərilib, eləcə də gender məsələləri və zorakılıqla bağlı maarifləndirmə kampaniyasında 450-dək uşaq, qadın və kişi məlumatlandırılıb. Qeyd olunub ki, 2016-2018-ci illəri əhatə edən “Gender bərabərliyinin və qadın hüquqlarının təşviqində vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi” adlı layihənin məqsədi qadınların hüquqlarının inkişafında vətəndaş cəmiyyətinin rolunu yüksəltmək və vətəndaş cəmiyyəti təşkilatları vasitəsilə kənd qadınlarının cəmiyyətdə iqtisadi və siyasi iştirakını artırmaqdır. Layihə Avropa İttifaqı və BMTİP tərəfindən maliyyələşdirilir, BMTİP və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilir. Avropa İttifaqının ölkəmizdəki daimi nümayəndəliyinin rəhbəri Malena Mard, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və BMTİP-nin rezident nümayəndəsi Qulam İsakzai layihə çərçivəsində görülən işlərdən danışıb, iştirakçıların suallarını cavablandırıblar. Tədbir çərçivəsində təlimlərdə fərqlənən 13 qadına sertifikat təqdim edilib, qadınların əl işlərindən ibarət sərgi ilə tanışlıq olub. Daha sonra rayonda qadınlar tərəfindən yaradılmış biznes sahələrinə baxış keçirilib.




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Qeyri-sabit hava şəraiti sentyabrın 28-dək davam edəcək
26.09.2018
Aİİ Heydər Əliyev İrsini Araşdırma Mərkəzi ilə silsilə tədbirlərini davam etdirir
26.09.2018
BMT Əhali Fondunun nümayəndə heyəti ilə görüş keçirilib
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi ilə “ASELSAN” şirkəti arasında memorandum imzalanıb
25.09.2018
“Şahdağ” rusiyalı turistlər üçün ən yaxşı dağ-xizək kurortlarının ilk üçlüyünə daxil edilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info