Güləşçilərimiz Dünya Çempionatında mübarizə aparacaqlar
Tarix: 08.12.2016 | Saat: 00:16:00 | E-mail | Çapa göndər


Dekabrın 10-11-də Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə qeyri-Olimpiya çəki dərəcələr üzrə dünya çempionatı keçiriləcək. Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, çempionatda ölkəmizin sərbəst, qadın və yunan-Roma pəhləvanları hər növdə 2 idmançı ilə iştirak edəcək.
Sərbəst güləş yarışlarında ölkəmizi baş məşqçi əvəzi Firdovsi Umudov və böyük məşqçi Zəlimxan Hüseynovun başçılığı altında Əhmədnəbi Qvarzatilov (61 kq) və Gitinomaqomed Hacıyev (70 kq) təmsil edəcəklər. Yunan-Roma güləşi üzrə pəhləvanlarımız Budapeştdə baş məşqçi əvəzi Akif Əliyev və böyük məşqçi İlqar Abdulovun rəhbərliyi altında yarışacaq. Heyətdə Həsən Əliyev (71 kq) və Rafiq Hüseynov (80 kq) yer alıblar. Qadın güləşi yarışlarında baş məşqçi Semyon Çterev və böyük məşqçi Rövşən Umudovun rəhbərliyi altında Alyona Kolesnik (55 kq) və Tatyana Omelçenko (60 kq) mübarizə aparacaqlar. Yarışda ölkəmizi hakim qismində Olimpiya dərəcəli hakim Hicran Şərifov və beynəlxalq dərəcəli hakim Asif Şirəliyev təmsil edəcəklər. İlk yarış günündə sərbəst güləşdə 61, qadın güləşində 55, yunan-Roma güləşində isə 71 kiloqram çəki dərəcələrində qaliblər müəyyənləşəcək. Dekabrın 11-də isə sərbəst güləşdə 70, qadın güləşində 60, yunan-Roma güləşində isə 80 kiloqram çəkidə idmançılar mübarizə aparacaqlar.




 
Bölməyə aid digər xəbərlər
23.08.2019
“Qarabağ” səfərədə hesabı ilə məğlub olub
23.08.2019
Hədəf dünya çempionatından Vətənə medalla qayıtmaqdır
22.08.2019
Navas “Real“dan ayrılmaq istəyir
22.08.2019
Joze Mourinyo PSJ-nin baş məşqçisi ola bilər
21.08.2019
Salahdan “Real“ açıqlaması

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10868

1 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
2 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
3 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
4 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info