Moskva Dövlət Universitetinin rektoru: “4 illik ali təhsilə keçid səhv qərar idi”
Tarix: 08.12.2016 | Saat: 00:17:00 | E-mail | Çapa göndər


Viktor Sadovniçiy:
“5 illik təhsil sistemi Bolonya sisteminə əsasən tətbiq edilən ikipilləli təhsildən daha effektlidir”

Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru Viktor Sadovniçiy ali təhsildə Bolonya sisteminə keçilməsini səhv adlandırıb. Bu haqda Rusiyanın “Pravda.ru” saytı məlumat yayıb.
O, açıqlamasında qeyd edib ki, ali təhsildə tətbiq edilən ikipilləli təhsildən (4 il bakalavriat, 2 il magistratura) imtina etmək istəyir. Rektorun fikrincə, 5 illik təhsil sistemi Bolonya sisteminə əsasən tətbiq edilən ikipilləli təhsildən daha effektlidir. “İnnovasiyalı praktika: elm üstəgəl biznes” adlı konqresdə çıxış edən Moskva Dövlət Universitetinin rektoru deyib: “Mən hesab edirəm ki, ali təhsildə 4 illik sistemə keçid səhv qərar idi, Avropa “öz işini görüb” - peşəkar standartlarda vahid qayda yaradılıb və buna uyğun olaraq təhsil formalaşdırılıb.

“Belə təhsil müddətində predmetlərin tədrisi çox vaxt ümumi olur. Hesab edirəm ki, biz də əksər Qərb universitetlərində olduğu kimi 5-6 il oxumalıyıq”

Çox təəssüf ki, biz elə birbaşa 4 illik ali təhsil sisteminə keçdik. Bəzi ali məktəblərimizdə bu, hətta 3 il olur. Belə təhsil müddətində predmetlərin tədrisi çox vaxt ümumi olur. Hesab edirəm ki, biz də əksər Qərb universitetlərində olduğu kimi 5-6 il oxumalıyıq”. “Pravda.ru” yazır ki, Rusiya bu məsələ ilə bağlı müzakirələr gedir. Bir çox qurumlar hesab edir ki, ölkə üzrə vacib və populyar istiqamətlər üzrə ali təhsildə indiki 4 illik sistem ləğv edilməlidir. Artıq gələn ilin sentyabr ayına qədər bu məsələnin reallaşacağı gözlənilir. İqtisadiyyat, hüquq, dövlət və bələdiyyə idarəetməsi sahəsində ali təhsildə 5 illik sistemə keçilməsi məsələsi müzakirə edilir. Bu məsələ ilə bağlı müzakirələrdə fərqli fikirlər ortaya çıxıb. Dövlət Dumasının Təhsil komitəsinin sədr müavini Nadejda Şaydenko “Pravda.ru”ya açıqlamasında deyib ki, ali təhsil müəssisələrinin birində 5 il prorektor işləyib və qiyabi təhsildə bu formanın effektli olmadığının şahidi olub: “Bu halda sırf qiyabi təhsil nəzərdə tutulmur. Amma mən bu işlə məşğul olduğumu üçün bilirəm ki, belə forma effektli deyil. Sırf qiyabi təhsildə iş çox ciddidir”. Dövlət Dumasının üzvü bildirib ki, belə formada ilk ali təhsilin əldə edilməsi mümkün deyil. Onun fikrincə müəyyən dəyişiklik etməklə saxta ali təhsil müəssisələrinə qarşı da effektli mübarizə aparmaq mümkündür. Təklif Rusiyanın Təhsil Nazirliyi tərəfindən də dəstəklənir.
Anar




 
Bölməyə aid digər xəbərlər
18.03.2019
Ermənistan Rusiya ilə razılıq əldə edə bilmədi
14.03.2019
Ermənistan müdafiə nazirinin müavini və iki vitse-qubernator vəzifələrindən azad edilib
14.03.2019
Ermənistanda vergilər artırıldı
14.03.2019
Yerevanda polislə aksiya iştirakçıları arasında toqquşma baş verib
14.03.2019
Tacikistan-Qırğızıstan sərhədində qarşıdurma baş verib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10697

1 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
2 Təhsilə qoyulan sərmayə gələcəkdə yüksək potensiala malik savadlı gənclərin yetişməsini təmin edəcək
3 Xaricdəki və yerli ictimai birliklərin növbəti virtual görüşü olub
4 “Kaspersky Password Manager” proqramının yeni versiyası şifrənin təhlükəsizliyini yoxlayır
5 “Sondakika.com”: “Apreldən TANAP-ın Avropaya təbii qaz göndərəcək hissəsində sınaqlara başlanacaq”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info