OPEC Rusiya ilə neft hasilatının 6 ay müddətinə azaldılması üçün razılığa gəlib
Tarix: 08.12.2016 | Saat: 00:20:00 | E-mail | Çapa göndər


Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) Rusiya ilə bu ölkənin neft hasilatının 6 ay müddətinə azaldılması üçün razılığa gəlib. TASS agentliyi xəbər verir ki, bu barədə Venesuelanın neft və dağ-mədən sənayesi naziri Euloqio del Pino deyib.
“Biz qarşıdakı 6 aylıq müddətdə Rusiya ilə qarşılıqlı qəbul edilən şərtlər üzrə anlaşaraq neft hasilatını azaltmaq qərarına gəlmişik”, - deyə Euloqio del Pino bildirib. Venesuelalı nazir dekabrın 10-da Vyanada OPEC-ə üzv olmayan ölkələrin neft hasilatının azaldılmasını nəzərdə tutan sənədi imzalayacaqlarını gözləyir. Qeyd edək ki, dekabrın 10-da Vyanada OPEC-ə üzv ölkələr ilə qeyri-OPEC ölkələri arasında keçiriləcək görüşdə Azərbaycan da daxil olmaqla 14 qeyri-OPEC ölkəsi iştirak edəcək. Görüşdə Azərbaycanı energetika naziri Natiq Əliyev təmsil edəcək. Yığıncaqda OPEC-ə üzv ölkələr ilə qeyri-OPEC ölkələri arasında qlobal neft hasilatının məhdudlaşdırılmasını nəzərdə tutan müqavilənin imzalanması planlaşdırılır. Xatırladaq ki, ötən həftə OPEC neft hasilatının gündəlik 1,2 milyon barel azaldılması üzrə qərar qəbul edib. Bu qərar 2017-ci ilin yanvarından tətbiq ediləcək və 6 ay ərzində qüvvədə olacaq. OPEC-ə üzv olmayan ölkələr neft hasilatını gündəlik ümumilikdə 600 min barel azaldacaqlarına, Rusiya isə istehsalını sutkada 300 min barel aşağı salmağa söz vermişdi.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair Dövlət Proqramı təsdiqlənib
15.11.2018
Azərbaycan şirkətləri Çinə ixracı genişləndirir
15.11.2018
BVF: “Azərbaycanın qeyri-neft sektoru 2023-cü ilədək 3-4 faizədək artacaq”
15.11.2018
Qusar–Əniq–Laza avtomobil yolunun tikintisinə 6,6 milyon manat ayrılıb
15.11.2018
“Azərsun Holdinq” Beynəlxalq Ətraf Mühit sərgisində iştirak edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10483

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info