Obama ABŞ-ın “İŞİD”-ə görə məsuliyyət daşıdığını etiraf edib
Tarix: 08.12.2016 | Saat: 00:23:00 | E-mail | Çapa göndər


ABŞ dövlət başçısı Barak Obama etiraf edib ki, “İŞİD” terror təşkilatı 2003-cü ildə İraqa qarşı aparılan hərbi əməliyytdan sonra meydana gəlib. Obama ABŞ-ın Əfqpnıstanda fəaliyyət göstərən “Taliban” terror təşkilatını da məhv edə bilmədiyini etiraf edib: “Biz İraqa qarşı əməliyyatlara start verərkən bunun hansı nəticələr verə biləcəyini nəzərə almamışdıq”.
“RİA Novosti”nin məlumutına görə prezident Obama bu fikirləri Florida ştatındakı ABŞ Hava Qüvvələri bazasında danışarkən bildirib. Obamanın sözlərinə görə, o, 2009-cu ildə hakimiyyət, gələrkən, artıq 150 min ABŞ hərbçisi səfərbər edilmişdi. Öz hərbi qüvvələrini Əfqanıstan və Pakistan sərhədlərinə cəmləşdirən “Əl-Qaidə” terror təşkilatı isə bu ərəfədə ABŞ hərbçilərinə hücum planlaşdırırdı. “Bununla bağlı Əfqanıstan və Pakistana diqqət ayıran Vaşinqton terrorizmlə bağlı xüsusi sxem tərtib etmişdi. Təbii ki, Cənubi Asiyadakı hər hansı bir terror şəbəkəsi Amerika Birləşmiş Ştatlarını təhdid edə bilər”- deyən Ağ Ev sahibi ölkəsinin “İŞİD” terror təşkilatının yaranmasının qarşısını almaq iqtidarında ola biləcəyi barədə deyilən ittihamları da rədd edib. Qeyd edək ki, bəzi ekspertlər qeydlər edir ki, ABŞ qoşunları böyük heyətlə İraqda qalsaydı, “İŞİD” yaranmazdı. Obama bunu təkzib edib: “Həmin vaxt İraq liderləri bizim hərbi iştirakımızın davam etməsini istəmir, ABŞ əsgərlərinə məhkəmə toxunulmazlığı verilməsi ilə bağlı müqavilə imzalamağa hazır deyildilər”. Obama deyib ki, həmin vaxt Bağdad məzhəb qarşıdurmasını təhrik edir, Suriyada isə dövlətin başçısı ölkənin böyük hissəsinə nəzarəti əldən verirdi. Amerikalı prezident deyib ki, dünən olduğu kimi, bu gün də əsas diqqət “İŞİD”-ə qarşı mübarizə aparan İraqın "milli birlik hökuməti"nə kömək etməkdir. O, həmçinin xatırladıb ki, koalisiyada ABŞ-la yanaşı, 60 ölkə olub: “Biz həm Suriyada, həm də İraqda təkcə Amerika əsgərlərinin deyil, yerli hərbi qüvvələrin gücündən yararlanmağa başladıq. Biz yerli qüvvələrə xüsusi avadanlıq, məsləhətçilərlə dəstək veririk”. Obama deyib ki, hazırda “İŞİD”, nəzarətində olan torpaqların yarıdan çoxunu itirib. Xatırladaq ki, yaxınlarda Obamanı əvəzləyəcək Donald Tramp dəfələrdə “İŞİD” və buna bənzər digər terror təşkilatının meydana gəlməsində ABŞ-ın məsuliyyət daşıdığını etiraf edib.
Ağasər Babayev




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
Berlin: Moskva “Şimal axını-2” layihəsinin tikintisini müstəqil şəkildə başa çatdırmağa qadirdir
18.01.2019
İtaliya Suriyada yenidən səfirliyini aça bilər
18.01.2019
İran ABŞ-dan Press TV-nin jurnalistini təcili azadlığa buraxmağı tələb edir
17.01.2019
Xaricdəki soydaşlarımız 20 Yanvar şəhidlərinin ildönümünü qeyd edirlər
17.01.2019
Dünyada robotlar işlədən ilk hotel onlardan imtina edir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10564

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Dərslər təxirə salındı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info