Sumqayıt Kimya Sənaye Parkında istehsal olunacaq məhsullar Avropa və MDB ölkələrinə ixrac ediləcək
Tarix: 08.12.2016 | Saat: 00:40:00 | E-mail | Çapa göndər


UNEC-in professor-müəllim heyəti Sumqayıt Kimya Sənaye Parkında olub

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradov və universitetin professor-müəllim heyəti Sumqayıt Kimya Sənaye Parkında (SKSP) olub. İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə reallaşdırılan səfər zamanı əvvəlcə Sumqayıt Kimya Sənaye Parkının ofisində görüş keçirilib, SKSP-də görülən işlər barədə məlumat verilib, təqdimat keçirilib.
Bildirilib ki, Sənaye və Sosial zonalardan ibarət olan və ümumi ərazisi 295,62 hektar təşkil edən Sumqayıt Kimya Sənaye Parkının yeraltı və yerüstü infrastrukturu dövlət büdcəsi tərəfindən maliyyələşdirilir. Hazırda sənaye parkında geniş infrastrukturun və müasir sosial zonanın yaradılması istiqamətində işlər davam etdirilir. Qonaqların nəzərinə çatdırılıb ki, Sumqayıt Kimya Sənaye Parkının yaradılmasından qısa zaman keçməsinə baxmayaraq, hazırda 9 şirkətə rezident statusu verilib. Bu rezidentlərin layihələri əsasında cəlb edilmiş investisiyaların həcmi 1,1 milyard ABŞ dolları təşkil edəcək. İnfrastruktur işləri ilə yanaşı, sənaye parkına yeni rezidentlərin cəlb edilməsi və parkın təbliği istiqamətində işlər davam etdirilir. Vurğulanıb ki, Sumqayıt Kimya Sənaye Parkının ərazisində 500 tələbənin təhsil ala biləcəyi Peşə Tədris Mərkəzi fəaliyyət göstərəcək. Yaxın zamanlarda Peşə Tədris Mərkəzinin istifadəyə verilməsi və növbəti tədris ilindən fəaliyyətə başlaması nəzərdə tutulur. Eyni zamanda sənaye parkında 3 təcrübə emalatxanası tikiləcək. Mərkəzdə təhsil alanların əldə etdikləri biliklərin təcrübədən keçirilməsi üçün emalatxanalarda lazımi şərait yaradılması nəzərdə tutulur. Görüşdə Sumqayıt Kimya Sənaye Parkının rezidentləri və onların istehsal edəcəkləri məhsullar, eləcə də Mingəçevir, Qaradağ və Pirallahı sənaye parkları haqqında məlumatlar qonaqların diqqətinə çatdırılıb. Qeyd olunub ki, sənaye parkının rezidentlərinin qeydiyyatı “bir pəncərə” sistemi ilə həyata keçirilir və rezidentlər 7 il müddətinə mənfəət, əmlak və torpaq vergilərindən, həmçinin idxal olunan texnika, texnoloji avadanlıqlar və qurğulara görə ƏDV-dən və gömrük rüsumundan azaddır. Bütün bunlar isə investisiya layihələrini daha səmərəli edir. Sumqayıt Kimya Sənaye Parkının rezidentləri tərəfindən istehsal olunacaq müxtəlif sənaye məhsulları, o cümlədən polipropilen, yüksək sıxlıqlı polietilen, şüşə lövhələr, ferroərintilər, yüksək təzyiqə davamlı xortum və fitinq, inşaat qatqıları üçün xammal və hazır məhsulların Avropa və MDB ölkələrinə ixracı nəzərdə tutulur. Sonra qonaqlar sənaye parkının ərazisində aparılan tikinti işləri, parkın ilk rezidenti olan “Azertexnolayn” MMC-nin istehsalat müəssisələri, “SOCAR Polymer” layihəsi çərçivəsində görülən işlərlə yaxından tanış olublar. Bildirilib ki, “Azertexnolayn”ın zavodlarında polad və polietilen boru, mexaniki və hidrotexniki avadanlıqlar istehsal edir və artıq ümumi istehsalın 75%-ni ixrac edib. Müəssisədə 700 nəfər işlə təmin olunub. “SOCAR Polymer” MMC tərəfindən isə sənaye parkının ərazisində polipropilen zavodunun tikintisi davam etdirilir. Sumqayıt şəhər sakinlərinin tikinti işlərinə cəlb edilməsinə xüsusi önəm verilir. Layihənin investisiya dəyəri 750 mln. ABŞ dollarıdır. “SOCAR Polymer” layihəsi son 40 ildə bu sahədə miqyasına görə Azərbaycanın neft-kimya sənayesində həyata keçirilən ilk belə layihədir. Ümumiyyətlə, 2017-ci ildə SKSP-də yüksək təzyiqə davamlı fitinqlər və digər məhsullar istehsal edəcək “MST Engineering Services”, tikinti məhsulları və qatqılarını istehsal edəcək Silisium və Kalsium İstehsalat Müəssisəsi, yüksəkkeyfiyyətli sintetik və yarısintetik sürtgü yağları istehsal edəcək “Alco Lubricant Company”, pestisid və aqro-kimyəvi məhsullar istehsal edəcək “Aqrokimya Azərbaycan” müəssisələri fəaliyyətə başlayacaq. 2018-ci ildə isə polipropilen və yüksək sıxlıqlı polietilen istehsal edəcək “SOCAR Polymer”, ferroərintilər istehsal edəcək “Bakı Əlvan Metallar və Ferroərintilər Şirkəti” və Float texnologiyası əsasında şüşə lövhələr istehsal edəcək “AzerFloat” müəssisəsi fəaliyyətə başlayacaq. Bu müəssisələrdə ümumilikdə 700-dən çox yeni iş yerləri yaradılacaq. Sumqayıt Kimya Sənaye Parkı ilə tanışlıq zamanı SKSP ilə UNEC arasında əlaqələrin yaradılmasının əhəmiyyəti qeyd edilib və bu əməkdaşlığın hər iki tərəf üçün faydalı olacağı vurğulanıb, universitetin tələbələrinin Sumqayıt Kimya Sənaye Parkına səfərlərinin təşkilinə, sənaye parkının Peşə Tədris Mərkəzi ilə əməkdaşlığına, SKSP ilə birgə elmi tədqiqatların həyata keçirilməsinə dair fikir mübadiləsi aparılıb.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
“Əsrin müqaviləsi”nin ildönümü: istehsalat müəssisəsi istismara verilib
20.09.2018
SOCAR-ın bir qrup əməkdaşı “Fəxri neftçi” döş nişanı ilə təltif olunub
20.09.2018
Özbəkistan Bakı-Tbilisi-Qars vasitəsilə yük daşınmasını artıracaq
20.09.2018
Azərbaycanın dostlarının sayı artır
20.09.2018
Kənd təsərrüfatının istehsalı 4,2 faiz artıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info