“Bu gün Azərbaycan multikulturalizmi bütün dünyada nümunə göstərilir”
Tarix: 08.12.2016 | Saat: 00:45:00 | E-mail | Çapa göndər


Əli Həsənov: “Ermənilər Azərbaycanın işğal olunmuş ərazilərində bütün müsəlman abidələrini, mədəni, sosial obyektləri dağıdıblar”

Prezident yanında Dövlət İdarəçilik Akademiyasında “Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və təcavüzkarlıq siyasətinin mərhələləri haqqında beynəlxalq ictimaiyyətin məlumatlandırılması” mövzusunda beynəlxalq konfrans keçirilib. Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov konfransda iştirak edib.
ABŞ-ın aparıcı ali məktəblərinin 45 tələbə və doktorantının, Amerika-İsrail akademik təşkilatının - KIVUNIM-ın nümayəndələrinin iştirakı ilə keçirilən konfransı Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və “Qarabağ Araşdırmalar Mərkəzi” İctimai Birliyi təşkil edib. Konfransı açan Dövlət İdarəçilik Akademiyasının dosenti, “Qarabağ Araşdırmalar Mərkəzi” İctimai Birliyinin sədri Elçin Əhmədov tədbirin önəmi, rəhbərlik etdiyi Mərkəzin fəaliyyət istiqamətləri barədə məlumat verib. Sonra Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov çıxış edərək akademiyanın fəaliyyəti, həmçinin ölkəmizin ötən illərdə müxtəlif sahələrdə əldə etdiyi uğurlardan bəhs edib. Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov konfransda çıxış edərək ölkəmiz haqqında məlumat verib. Əli Həsənov Azərbaycanın siyasi, iqtisadi, humanitar göstəricilərə görə regionun lider dövləti olduğunu söyləyib. Azərbaycandakı multikultural və tolerant mühit barədə danışan Prezidentin köməkçisi ölkəmizdə müsəlmanlarla yanaşı, digər dinlərin və millətlərin nümayəndələrinin mehriban şəkildə yaşadığını, onların öz ibadətlərini sərbəst şəkildə yerinə yetirmələri üçün hər cür şərait yaradıldığını deyib. Əli Həsənov vurğulayıb ki, bu gün Azərbaycan multikulturalizmi bütün dünyada nümunə göstərilir. Azərbaycanda digər dinlərə ibadət edənlərə hörmətlə yanaşılır. Bu da Azərbaycan cəmiyyətindəki multikultural ənənələrə söykənir. Əli Həsənov Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətindən, işğal olunmuş ərazilərimizdə törətdiyi vəhşiliklərdən söhbət açıb. Qeyd edib ki, ermənilər Azərbaycanın işğal olunmuş ərazilərində bütün müsəlman abidələrini, mədəni, sosial obyektləri dağıdıblar.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Polşadakı ermənilərdən təxribat: Azərbaycan diaspor təşkilatı hərəkətə keçdi
14.11.2018
Xələf Xələfov Xəzər dənizi məsələləri üzrə səlahiyyətli nümayəndə təyin edilib
14.11.2018
Savelyev: “Rusiya ilə Azərbaycanın münasibətləri bu potensialın reallaşdırılmasının parlaq nümunəsidir”
14.11.2018
Bakıda MDB daxili işlər orqanlarının iclası keçirilir
14.11.2018
Dövlət Komitəsinin nümayəndə heyəti Los-Ancelesdə görüşlər keçirib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10476

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info