“Bakı-Tbilisi-Qars dəmir yolu və yeni Ələt Dəniz Ticarət Limanı Asiyanı Avropaya bağlayacaq”
Tarix: 08.12.2016 | Saat: 00:46:00 | E-mail | Çapa göndər


Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov NATO və Qətiyyətli Dəstək Missiyası üzrə əməliyyat tərəfdaşlarının xarici işlər nazirlərinin iclasında iştirak etmək məqsədilə Brüsselə səfər edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, səfər zamanı Elmar Məmmədyarov NATO-nun mənzil-qərargahında Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşüb. Görüşdə Azərbaycan və Macarıstan arasında əlaqələrin inkişafından məmnunluq ifadə olunub. Nazirlər iki ölkə arasında əlaqələrin perspektivləri, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və Macarıstanın Bakıdakı səfirliyinin gələn ildən etibarən NATO-nun Azərbaycandakı əlaqələndirici səfirliyi kimi fəaliyyətinə dair fikir mübadiləsi aparıblar. Macarıstanın Bakıdakı səfirliyi 2017-ci ilin yanvar ayından etibarən Rumıniyanın səfirliyini əvəzləyərək NATO-nun Azərbaycanda əlaqələndirici səfirliyi kimi fəaliyyət göstərəcək. Qeyd edək ki, nazir NATO Qətiyyətli Dəstək Missiyasına töhfə verən ölkələrin xarici işlər nazirlərinin iclasında da çıxış edib. Nazir qeyd edib ki, Azərbaycan NATO-nun etibarlı tərəfdaşı və qardaş Əfqanıstan xalqının dostu kimi 2016-cı ildən sonra da sülhməramlı hərbi birləşmə, çoxşaxəli nəqliyyat, təlim və maliyyə yardımını təmin etməklə Qətiyyətli Dəstək Missiyasına öz əhəmiyyətli töhfəsini verməkdə davam etmək işinə sadiq qalacaq. Nazir deyib ki, Azərbaycan bir neçə dəfə Əfqanıstan milli ordusunun Etimad Fonduna əhəmiyyətli miqdarda ianə edib. Nazir bildirib ki, bir neçə gün öncə Azərbaycan İstanbul Prosesinin 2017-ci il üzrə həmsədrliyini öz üzərinə götürüb: “Biz regional və qlobal iqtisadiyyata inteqrasiya istiqamətində Əfqanıstanın islahatlar kursunu dəstəkləyirik. Yeni İpək Yolunun mühüm tərkib hissəsi olan Azərbaycan Əfqanıstanın davamlı gələcəyini dəstəkləmək məqsədilə bu ölkə və Avropanı birləşdirəcək. Əfqanıstan və ondan kənarda davamlı sülh və inkişafı təmin etməyə kömək edən Bakı-Tbilisi-Qars dəmir yolu və Azərbaycandakı yeni Ələt Dəniz Ticarət Limanı Asiyanı Avropaya daha da bağlayacaq”.




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Polşa portalı Prezident İlham Əliyevin Belarusa rəsmi səfərindən yazıb
20.11.2018
Müxalifət islah olunmayacaq
20.11.2018
Belarus Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəkləyir
20.11.2018
İzmirdə Türkdilli Ölkələrin Parlament Assambleyasının Şura iclası keçirilib
20.11.2018
Daxili İşlər Nazirliyində geniş kollegiya iclası keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info