Regional tranzit ticarəti inkişaf etdiriləcək
Tarix: 08.12.2016 | Saat: 00:47:00 | E-mail | Çapa göndər


Bakıda regional tranzit ticarətinin inkişafı üzrə texniki məsələlər müzakirə edilib. Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən bildirilib ki, müzakirələr Dövlət Gömrük Komitəsində Asiya İnkişaf Bankının nümayəndə heyəti ilə keçirilən görüş zamanı aparılıb.
Görüşdə Asiya İnkişaf Bankının Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) proqramı çərçivəsində regional tranzit ticarətinin inkişafı üzrə texniki məsələlər müzakirə edilib. Müzakirə zamanı Dövlət Gömrük Komitəsinin Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin rəisi İqbal Babayev Dövlət Gömrük Komitəsi tərəfindən son dövrlərdə həyata keçirilən layihələr barədə məlumat verib, Prezident İlham Əliyev tərəfindən imzalanan fərman və sərəncamlar hesabına gömrük işinin səmərəli təşkili sahəsində mühüm addımlar atıldığını vurğulayıb. Nümayəndə heyəti Azərbaycan, Gürcüstan, Ukrayna , Moldova, Özbəkistan və İran arasında ilkin məlumat mübadiləsi, gömrük nəzarətinin nəticələri üzrə məlumat mübadiləsi və elektron sənədlərin tanınması barədə aparılan danışıqlar və razılaşmalar haqqında da məlumatlandırılıb. Nümayəndə heyətinin üzvləri CAREC ölkələri üzrə tranzit dəhlizinin inkişaf etdirilməsi, ölkələr arasında məlumat mübadiləsinin təşkili və digər ölkələrdə həyata keçirilən layihələr barədə məlumat verərək, Azərbaycan gömrük orqanlarının Asiya İnkişaf Bankı arasındakı qarşılıqlı əlaqələrin inkişafının ümumi işə fayda verəcəyini bildiriblər. Daha sonra görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.




 
Bölməyə aid digər xəbərlər
25.05.2019
İyulda Bakıda Azərbaycan-Əfqanıstan Birgə İşçi Qrupunun ilk iclası keçiriləcək
25.05.2019
Bakı–Tbilisi–Ceyhan boru kəmərinə ilk neftin vurulmasından 14 il ötür
25.05.2019
Bakı Limanının əməliyyatlarının 85 faizi tranzit əməliyyatlarıdır
25.05.2019
“Made in Azerbaijan” məhsulları Çindao sərgisində nümayiş olunur
25.05.2019
Əmək və sosial müdafiə sahəsində Rusiya ilə əməkdaşlıq müzakirə edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10790

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 Vahid Rzayev:”Səhər gördük ki, ermənilər arxiv sənədində özlərinə sərf etməyən hissəni qayçı ilə kəsiblər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info