Afrika İttifaqının mərkəzi qərargahında “ASAN xidmət”in təqdimatı olub
Tarix: 08.12.2016 | Saat: 16:33:00 | E-mail | Çapa göndər


Afrika İttifaqının mərkəzi qərargahında Azərbaycan brendi olan “ASAN xidmət”in təqdimatı olub. Efiopiyada keçirilən təqdimat Afrika ölkələri ilə sosial innovasiyalar sahəsində gələcək əməkdaşlığın bünövrəsini təşkil edir.
Mərkəzi qərargahı Efiopiyanın paytaxtı Əddis-Əbəbədə yerləşən Afrika İttifaqının növbəti toplantısında İttifaqa üzv olmayan xüsusi qonaq qismində Azərbaycan iştirak edib. Ölkəmiz toplantıda Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və Azərbaycanın Efiopiyadakı səfirliyinin əməkdaşlarından ibarət nümayəndə heyəti ilə təmsil olunub. Afrika İttifaqına mənsub dövlətlərin hökumət rəsmiləri və ekspertlər qitə ölkələrinin Avropa, Şərqi Asiya və Müstəqil Dövlətlər Birliyi regionu ilə əməkdaşlıq əlaqələrinin şaxələndirilməsi və uğurlu sosial-iqtisadi layihələrin Afrikada tətbiqi kimi məsələləri müzakirə ediblər.
Sonra İttifaqın “İctimai xidmətlər və yerli idarəetmə mexanizmləri” adlı plenar iclasında Azərbaycan brendi olan “ASAN xidmət”in təqdimatı keçirilib. Afrika ölkələri üçün xüsusi hazırlanan təqdimatda xidmətin rəsmisi Elçin Hüseynli çıxış edib. O, “ASAN xidmət” mərkəzinin 5 illik fəaliyyəti barədə danışaraq qeyd edib ki, bu mərkəz dövlət qulluqçularının fəaliyyətində operativliyə, vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində kreativ yanaşmanın formalaşdırılmasına və məmur-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəviyə keçməsinə xidmət edir. Bildirilib ki, “ASAN xidmət” mərkəzinin qısa zamanda brendə çevrilməsi və uğurları beynəlxalq ictimaiyyətin də diqqətini cəlb edir. Belə ki, mərkəzin müxtəlif dövlətlərin müvafiq qurumları ilə və beynəlxalq təşkilatlarla əlaqələri genişlənməkdədir.
Təqdimatdan sonra Afrika İttifaqının sədr müavini Erastus Emvença “ASAN xidmət” mərkəzinə məxsus stendi ziyarət edib. Azərbaycanın Efiopiyadakı səfiri Elman Abdullayev İttifaq rəsmisinə ölkəmizdə həyata keçirilən sosial-iqtisadi layihələr barədə məlumat verib. Afrikalı hökumət rəsmiləri ilə innovativ yeniliklərin tətbiqi və inkişafı perspektivləri müzakirə olunub.

Tural




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10470

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info