Polad Bülbüloğlu: “Şimal-Cənub” layihəsi bütün iştirakçılara xeyir verəcək tarixi imkanlar pəncərəsidir”
Tarix: 08.12.2016 | Saat: 17:08:00 | E-mail | Çapa göndər


“Hindistan ilə Rusiyanı əlaqələndirəcək “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi (BND) layihəsi bütün iştirakçı ölkələrə xeyir verəcək tarixi imkanlar pəncərəsidir”.
AZƏRTAC RİA “Novosti” agentliyinə istinadla bildirir ki, bu fikri Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu söyləyib. Moskvada “Şimal-Cənub” BND-yə həsr edilmiş beynəlxalq konfransın açılışında çıxış edən səfir deyib: “Mənim fikrimcə, bu, tarixi imkanlar pəncərəsidir və biz hökmən ondan istifadə etməliyik. Yaxın Şərqdə və dünyanın digər hissələrində bir qədər qeyri-sabitlik hökm sürməsinə baxmayaraq, tarix özü, zaman özü bizə nadir bir şans verib – bu layihədə iştirak edən ölkələrin hamısına xeyir verəcək yol çəkmək, müvafiq logistika qurmaq şansı. Bu, Hindistana da, Pakistana da, İrana da, Azərbaycana da, Rusiyaya da aiddir”.
P.Bülbüloğlu qeyd edib ki, müəyyən mənada İpək yolunun analoqu olacaq bu dəhliz həqiqətən ölkələrimizi əlaqələndirəcək, yüklərin daşınmasını xeyli ucuzlaşdıracaq.
Uzunluğu təqribən 5,6 min kilometr olacaq “Şimal-Cənub” marşrutu üzrə daşınan yüklər cəmi 14 gün ərzində dəniz yolu, dəmir yol və avtomobil nəqliyyatı ilə mənzil başına çatdırılacaq. Ən cənub nöqtəsi Hindistanın Mumbay limanı olan marşrut daha sonra Pakistanın ərazi sularından keçməklə İrana, Azərbaycana və Rusiyaya tərəf davam edir. Yeni marşrut sayəsində konteynerlərin son məntəqəyə çatdırılması vaxtı ənənəvi marşrutla (Suveyş kanalından keçməklə Sankt-Peterburq limanına gedən marşrutla) müqayisədə iki dəfə azalacaq.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Prezident İlham Əliyev: Bakı-Astara magistral yolunun açılışı tarixi layihədir, Azərbaycanın imkanını göstərir
18.09.2018
Prezident: Bir neçə gün əvvəl əsgərlərimiz düşmənə elə dərs veriblər ki, çətin ki yaxın günlərdə özünə gəlsin
18.09.2018
Bu il Azərbaycana 193 ölkədən 1,9 milyon əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib
18.09.2018
Ağsuda dini ayinlərin qanunazidd icrası faktı aşkarlanıb
18.09.2018
Aeroportda mülki pilotsuz aparatların uçuşlarına Vahid Nəzarət Mərkəzi yaradılır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info